Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub
Tərtər, 29 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışlarda gimnastlar fərdi hərəkətlərdə balacalar (8 – 10 yaş), yeniyetmələr (11 – 13 yaş), gənclər (13 – 14 yaş) kateqoriyaları üzrə çıxış ediblər. Qrup hərəkətləri üzrə isə balacalar və yeniyetmələrin mübarizəsi baş tutub.
Ölkə birinciliyində 130 idmançı öz hazırlığını nümayiş etdirib.
Qaliblərə medal, diplom və hədiyyələr təqdim olunub.