Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb
Bakı, 29 iyun, AZƏRTAC
Lyanyunqan limanındakı Qazaxıstan-Çin logistika terminalında Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə pilot qatarının rəsmi yola salınması mərasimi keçirilib.
AZƏRTAC Özbəkistan mediasına istinadla xəbər verir ki, bu barədə “Kazakstan temir jolı” Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, tədbirdə dörd ölkənin dəmir yolu administrasiyalarının nümayəndələri iştirak ediblər.
Avtomobillər üçün ehtiyat hissələrini daşıyan qatar 7 min kilometrlik məsafəni qət edib.
“Pilot qatarının istismara buraxılması ölkələr arasında iqtisadi qarşılıqlı fəaliyyət və multimodal daşımaların inkişafı üçün yeni imkanlar yaradacaq”, –deyə mətbuat xidmətinin məlumatında deyilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]