Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib
Budapeşt, 29 iyun, AZƏRTAC
“Avropa İttifaqı (Aİ) tənəzzül edir, Brüssel məmurları kommunistləri xatırladır”.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Magyar Nemzet” nəşrinin bugünkü nömrəsində dərc olunan “Xəyanət və yenidənqurma” sərlövhəli məqalədə bildirib.
Orban Avropa siyasətçiləri və məmurlarının ünvanına söylədiyi olduqca tənqidi xarakter daşıyan materialında vurğulayıb ki, Avropa böhran yaşayır, xristian sivilizasiyası isə yox olur.
“Qitənin qlobal iqtisadi çəkisi son otuz ildə dayanmadan və əhəmiyyətli dərəcədə azalıb. Avropa qaydası davamlı terror təhlükəsi və ictimai təhlükəsizliyin pisləşməsi ilə gözümüzün önündə yox olub gedir”, – deyə Macarıstanın hökumət başçısı bildirib.
Qeyd edək ki, Macarıstan iyulun 1-dən Avropa İttifaqı Şurasına altı ay sədrlik edəcək.
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]