Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağdan süzülən “yaşıl işıq”

Qarabağdan süzülən “yaşıl işıq”

Bakı, 29 iyun, Süleyman Qaradağlı, AZƏRTAC

Ev-ev, mənzil-mənzil tikilən, qarış-qarış, addım-addım dirçələn Qarabağ torpağı abad və gözəl bir məkana çevrilir, yeni növrağına qovuşur. İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi, resurslardan səmərəli istifadə hazırda başlıca prioritetlərdən biridir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr edilmiş müşavirədə deyib: “Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var. Bəri başdan demək istəyirəm ki, mən azad edilmiş əraziləri yaşıl enerji zonası kimi görmək istərdim. Kifayət qədər imkanlar var”.

Bu ilin may ayında dövlət başçısı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl enerji zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Onun “Qarabağ bölgəsi yaşıl enerji zonası kimi dünya üçün bir nümunə olacaq”, ifadəsi getdikcə reallığa, gerçəkliyə çevrilir.

Kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov AZƏRTAC-ın müxbiri ilə söhbətində ötən əsrin 50-ci illərindən başlayaraq sənayenin və texnologiyanın sürətli inkişafının qlobal iqlimdə problemlər yaratdığını, orta temperaturun əsrin əvvəlləri ilə müqayisədə 1,5 dərəcə yüksəldiyini, temperatur artımının indi də davam etdiyini bildirib: “İqlim dəyişmələri üzrə çərçivə konvensiyası qəbul olunub və hər il COP adlanan Tərəflər Konfransı baş verən dəyişiklikləri dayandırmaq və ya temperaturun 2 dərəcə həddindən yuxarı qalxmaması üçün 200-ə yaxın ölkə bu sahədə görüləcək həlli vacib tədbirlərlə əlaqədar müzakirələr aparır. Həmin tədbirlərdən ən mühümü enerji siyasətini dəyişmək və mədən yanacaqlarından imtina edərək bərpaolunan elektrik enerjisi mənbələrinə keçiddir. Bu növ enerji keçidi ən müasir texnologiyaların tətbiqini gerçəkləşdirməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəzlənməsini özündə ehtiva edir. Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (IRENA) müvafiq hesabatından görünür ki, əvvəlki illərdə istismara verilmiş yeni elektrik enerjisi üzrə qoyuluş gücünün 80 faizdən çoxunu bərpaolunan enerji təşkil edib, bunun 91 faizi isə Günəş və külək enerjisinin payına düşüb”.

Sadiq Həsənovun sözlərinə görə, dünyada ekoloji cəhətdən təmiz yaşıl enerjiyə keçidi sürətləndirən bir çox faktor var ki, onlardan biri də texnologiyanın inkişaf etməsi və qiymətin ucuzlaşmasıdır.

“Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının hazırda mövcud olan 7 faizdən 30 faizə çatdırılmasının hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu sahədə bir çox işlər görülür. Bu sahədə ilk normativ sənəd kimi “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanunun qəbul olunmasıdır. Dövlət başçısının 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri kimi “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”nin müəyyənləşdirildiyini qarşıdakı dövrdə bərpaolunan enerji mənbələrindən istifadəyə diqqət daha da artırılacaq. İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində məhz yaşıl enerji layihələrinə üstünlük verilir. Həmin ərazilərdə 4 min MVt-dan artıq Günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Eyni zamanda, Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi həmin bölgədə formalaşır. Regionun Tərtərçay, Həkəri kimi əsas və digər kiçik çayları kifayət qədər əhəmiyyətli enerji potensialına malikdir. Qarabağın işğaldan azad olunması, yaşayış sahələrinin yenidən tikilməsi və sakinlərin həmin ərazilərə köçürülməsi, eyni zamanda, elektrik enerjisi istehsalında bərpaolunan, yəni hidroenerji, külək, Günəş, bioqaz və s. elektrik enerjisinə keçid mühüm istiqamətdir. Qarabağda olan Oxçuçay, Həkəri və Tərtərçay hidroelektrik enerjisi istehsalında mühüm potensialdır. Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarıdır. Qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının inşasının 2-2,5 il ərzində yekunlaşdırılması nəzərdə tutulur”, - deyə Sadiq Həsənov bildirib.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov qeyd edib ki, müasir dünyada Günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Günəş enerjisi texnologiyaları sahəsində keçirilən müxtəlif beynəlxalq tədbirlərdə və yeni layihələrdə fəal iştirak edən Azərbaycanda yaşıl enerji istehsalı və ixracını artırmaq üçün mükəmməl hədəflər müəyyən edilib. Onun dediyinə görə, Qarabağ ərazisində ümumi qoyuluş gücü 1246 MVt olan 19 elektrik yarımstansiyasının qurulması nəzərdə tutulur.

“Həmin stansiyalar inşa edilən zaman torpaq sahələrinin itirilməməsi üçün əvvəlcədən mövcud olan stansiyaların yerində tikiləcək və yeni torpaqların mənimsənilməsinin qarşısı alınacaq. İstixana effekti yaradan qazların atmosferə atılmasının qarşısını almaq üçün xüsusi təmizləyici qurğulardan istifadə olunacaq və həmin qazların atmosferə buraxılmasına yol verilməyəcək. Atmosferə zərərli tullantıların atılmaması üçün tullantı poliqonları örtülü və izolyasiya olunmuş şəkildə saxlanılacaq. Soyutma sistemlərindən isti suların səth sularına qarışmasına yol verilməməsi məqsədilə həmin sular açıq havada xüsusi hovuzlarda soyudulacaq və yenidən istifadə ediləcək. Laçın və Kəlbəcər rayonları ərazisində isə külək elektrik stansiyaları qurulması nəzərdə tutulur. Səs-küy, vibrasiya, vizual təsirlər nəticəsində heyvan və quşlar öz yaşayış ərazilərini tərk edə bilərlər. Həmin bölgələrdə olan bəzi göllər quşların yaylama yerləridir və yaşayış yerindən uzaqlaşma onların həyatına mənfi təsir edə bilər. Bunu nəzərə alaraq qurulması planlaşdırılan külək elektrik stansiyaları canlıların daimi məskunlaşma məskənlərindən mümkün qədər kənarda salınacaq. Külək turbinlərinin mexaniki səsini azaltmaq üçün isə müasir texnologiyalardan istifadə ediləcək”, - deyə Rövşən Abbasov vurğulayıb.

Ekspert Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları ərazisində ümumi gücü 340 MVt olacaq Günəş elektrik stansiyalarının qurulmasının planlaşdırıldığından bəhs edərək deyib: “Günəş enerjisi qurğuları üçün böyük sahələr tələb olunur və bu da yer səthində temperaturun və havanın azalmasına, torpağın keyfiyyətinin və həmin ərazilərdəki biomüxtəlifliyin dəyişməsinə səbəb ola bilər. Günəş panelləri mümkün qədər artıq istifadə olunmuş və biomüxtəliflik baxımından yararsız ərazilərdə qurulmalıdır. Bunu nəzərə alaraq Günəş panellərinin quraşdırılması üçün əkin-biçinə yararlı olmayan torpaqlar seçiləcək, həmin ərazilərdəki biomüxtəliflik nümunələri qiymətləndirilərək onların mühafizəsi təşkil ediləcək. Həmin məqsəd üçün yolayrıcıları, kanalların arası və artıq itirilmiş torpaq sahələrindən istifadə edilməsi nəzərdə tutulub. Onu da qeyd etmək lazımdır ki, Günəş panellərində toksik maddələr, məsələn, qurğuşun var və həmin metal tullantı kimi çox təhlükəlidir. Panellər tullantı poliqonlarına gedərkən məişət tullantılarına qarışmaması və xüsusi poliqonlara nəql olunaraq emal olunması da əsas məsələlərdən biridir. Günəş panellərinin altında qalan yerlərdə temperaturun çox aşağı düşməsi torpağın tərkibinin dəyişməsinə, onun izafi rütubətlənməsinə və habelə torpaq-qruntun buxarlanma və transpirasiya qabiliyyətinin dəyişməsinə, nəticədə torpaq orqanizmlərinin həyatına mənfi təsir edə bilər”.

Müsahibimiz bildirib ki, işğaldan azad olunmuş ərazilərdə ümumi həcmi 170 min 556 kubmetr ərazidə su anbarlarının tikintisinin aparılması nəzərdə tutulub.

“Əsasən Tərtərçay və Həkəri, həmçinin həmin çayların qolları üzərində tikilməsi nəzərdə tutulan su elektrik stansiyalarının ətrafındakı su anbarları orta hesabla 12 min kvadratmetr ərazini əhatə edəcək. Tərtər, Həkəri, Oxçuçay çaylarında sahillərin bərkidilməsi işləri aparılmalıdır. Bu məqsədlə müntəzəm olaraq SES-lərdə monitorinq işləri aparılmalı, təmir-bərpa işləri üçün zəmin yaranarsa gecikdirilmədən həyata keçirilməlidir. Çay axınının tənzimlənməsi nəticəsində Həkəri, Oxçuçay çaylarında balıqların təbii miqrasiyasına maneə törətməmək üçün xüsusi keçidlər quraşdırılacaq. Həmin tip su keçidlərinin həm də “Qız Qalası” və “Xudafərin” su anbarlarında quraşdırılması nəzərdə tutulur. Çayda suyun tərkibində fiziki-kimyəvi dəyişikliklər baş versə, təbii və ya antropogen amillər araşdırılacaq və onların təsirini minimuma endirmək üçün tədbirlər görüləcək. Məişət, sənaye, turizm müəssisələri və s. mənbələrdən atılan çirkab sularının yalnız təmizləndikdən sonra çaya qaytarılması təmin olunacaq. Suyun səthində buxarlanmanı minimuma endirmək üçün daha dərin, amma sahəsi az olan su anbarları tikiləcək, bir sıra yerlərdə üzən modul örtüklər - polistirol, mum, süngər qoyulacaq”, - deyə ekspert əlavə edib.

Müsahibimiz bioqaz qurğularının inşası ilə bağlı danışarkən isə qeyd edib ki, bioqazın toplanması və istifadəsi zamanı atmosfer havasının çirklənmədən mühafizəsini təmin edən müvafiq qaztutucu qurğularla təmin edilmiş qabaqcıl texnologiyalardan istifadə ediləcək və bu da atmosferin zərərli qazlarla çirklənməsinin, metan qazının atmosferə daxil olaraq istixana effekti yaratmasının və istixana qazlarının atmosferə buraxılmasının qarşısını alacaq.

“Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsində “İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid - qabaqcıl dünya təcrübələrinin Azərbaycanda səmərəli tətbiqi” istiqaməti üzrə təqdim olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbilə təxirə salınıb

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi