İQTİSADİYYAT
Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək
![Azərbaycan şirkətləri](/files/2024/2/1200x630/17198379184601748983_1200x630.jpg)
Astana, 1 iyul, AZƏRTAC
İyulun 19-20-də Aktau şəhərində Qazaxıstan Baş nazirinin müavini Serik Jumangarinin sədrliyi ilə "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumu keçiriləcək.
Forumun təşkilatçısı Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyidir.
AZƏRTAC xəbər verir ki, forumda dövlət orqanlarının nümayəndələri, işgüzar dairələr, dəmir yolu idarələri, istehsalçılar, ixracatçılar, nəqliyyat-logistika şirkətləri və Azərbaycan, Əfqanıstan, Belarus, BƏƏ, Ermənistan, Hindistan, İran, Oman, Pakistan, Rusiya, Suriya və Türkmənistandan olan ayrı-ayrı şirkətlər iştirak edəcək.
Forum dəmir yolu və avtomobil yollarının, həmçinin limanların inkişafı üzrə aktual məsələlərin müzakirəsi üçün platforma rolunu oynayacaq. Kənd təsərrüfatı məhsullarının ixrac potensialının inkişafına xüsusi diqqət yetiriləcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana