Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq
Kiyev, 1 iyul, AZƏRTAC
Ukrayna Ali Radası 2024-cü il iyulun 1-dən həm sənaye, həm də yanacaqdoldurma məntəqələrində fiziki şəxslər üçün benzin və dizelin qiymətinin kəskin artacağını nəzərdə tutan qanunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, bəzi ekspertlərin fikrincə, benzinin qiyməti ən azı 1,5 qrivna, dizel yanacağının qiyməti isə 2,0 qrivna artacaq. Bu, müharibə dövründə üçüncü artım olacaq.
Müharibə başlayandan bəri yanacaq vergiləri artıq iki dəfə artırılıb.
Bundan əvvəl Nazirlər Kabineti yanında Sahibkarlar Şurasının Katibliyinin rəhbəri Andrey Zablovski bildirib ki, qısa müddətdə benzin və dizel yanacağına aksiz vergisinin artırılması öz effektini verəcək və büdcə gəlirlərinin artımını təmin edəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]