CƏMİYYƏT
Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir
![](/files/galleryphoto/2024/2/1200x630/1719846814552030090_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17198468145633963758_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17198468141328965342_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719846814251738879_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/171984681449724154_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17198468146489138422_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/2/1200x630/17198468141349914422_1200x630.jpeg)
Ankara, 1 iyul, Elmir Səftərov, AZƏRTAC
Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə iyulun 1-də Ankarada “Müharibə dövründə jurnalistika” təlimlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, 25-ci dəfə təşkil olunan təlimlərin açılış mərasimində Anadolu Agentliyinin, Polis Akademiyasının və TİKA-nın səlahiyyətli şəxsləri çıxış ediblər. Bildirilib ki, son illərdə dünyada baş verən müharibələrdə jurnalistlər aktiv fəaliyyət göstərirlər. Bu səbəbdən də 25-ci dəfə təşkil edilən təlimlər media nümayəndələrinin peşəkarlığının artırılmasına, onların fövqəladə vəziyyətlərdə daha hazırlıqlı olmasına töhfə vermək məqsədi daşıyır.
Təlimlərdə 10-u Anadolu Agentliyinin əməkdaşı, 15-i isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, İraq və Qırğızıstandan olmaqla 25 media nümayəndəsi iştirak edir. Azərbaycandan bu təlimlərdə 4 nəfər media nümayəndəsi, o cümlədən AZƏRTAC-ın müxbiri, Vətən müharibəsinin iştirakçısı Elmir Səftərov da qatılıb.
Təlimlərin məqsədi müharibələr, təbii fəlakətlər və fövqəladə vəziyyətlər zamanı fəaliyyət göstərən müxbirlərin hazırlanmasına dəstək verməkdir. Media nümayəndələri 12 gün ərzində ümumilikdə 26 istiqamət, o cümlədən jurnalistika, şəxsi təhlükəsizlik, müharibə qanunları, ilk tibbi yardımın göstərilməsi, qabaqcıl sürücülük texnikalarından istifadə, suda sağ qalma, kimyəvi və bioloji hücumlardan qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət, media idarəçiliyi və digər mövzulardan ibarət təlimlərdə iştirak edəcəklər.