MƏDƏNİYYƏT
Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq
![Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq](/files/2024/2/1200x630/17198355911211854085_1200x630.jpg)
London, 1 iyul, AZƏRTAC
Britaniyanın məşhur Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, muzey bu yay müğənninin şəxsi arxivindən olan geyimlər, mükafatlar və uşaqlıq əşyalarını nümayiş ediləcəyi sərgi təşkil edir.
“Taylor Swift: Songbook Trail” adlanan sərgidə məşhur müğənninin geyindiyi 16 paltar, musiqi mükafatları, hekayə lövhələri və T.Sviftin arxivindəki əvvəllər heç bir yerdə nümayiş etdirilməmiş əşyalar sərgilənəcək.
Sərgi iyulun 27-də Londonun cənub-qərbində, Kensinqtonda yerləşən Viktoriya və Albert Muzeyində açılacaq və giriş pulsuzdur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [16:08]
Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib
- 03.07.2024 [11:11]
“Lokomotiv və vaqonlar” hazırdır
- 03.07.2024 [10:58]
“Beş manatlıq gəlin” tamaşası növbəti dəfə nümayiş olunacaq
- 03.07.2024 [10:55]
Göygöl rayonunda növbəti Milli Yaylaq Festivalı təşkil olunacaq
- 03.07.2024 [10:19]
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
- 02.07.2024 [17:59]
Məktəb-studiyanın yekun konserti olub
- 02.07.2024 [15:24]