İQTİSADİYYAT
Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb
![](/files/galleryphoto/2024/2/1200x630/17198442041449862360_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719844204644746384_1200x630.jpg)
Bakı, 1 iyul, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov İtaliyanın Milan şəhərində keçirilən Yaşıl Enerji Keçidi Konqresi çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və “Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşlər keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Pakistanın neft üzrə dövlət naziri Musadik Malik ilə görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib. Enerji sahəsində əməkdaşlığın inkişafında Enerji üzrə Birgə İşçi Qrupunun fəaliyyətindən bəhs olunub. Pakistana uzunmüddətli LNG təchizatı üzrə imzalanmış müqavilənin icrası, eləcə də COP29 çərçivəsində əməkdaşlıq və qlobal enerji keçidini təmin edən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
“Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşdə isə şirkətlə mövcud əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib. Şirkətin fəaliyyətində bərpaolunan enerji sahəsinə, xüsusilə dənizdə külək enerjisinə istiqamətlənməsi və Azərbaycanın Xəzər dənizində külək enerjisini inkişaf etdirməsi, “yaşıl enerji dəhliz”lərinin həyata keçirilməsi kontekstində əməkdaşlıq imkanlarına nəzər salınıb.
Söhbət zamanı şirkətin dənizdə külək enerjisi üzrə dəniz obyektlərinin quraşdırılması ilə bağlı fəaliyyət və planlarını əks etdirən təqdimat nümayiş olunub.