“Asiya uşaqları”: Azərbaycanın bir boksçusu finala yüksəlib, üçü bürünc medalla kifayətlənib
Yakutsk, 3 iyul, Leyla Muradzadə, AZƏRTAC
Azərbaycan boksçusu Nihad Qasımov Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yarışan idmançı yarımfinalda əfqanıstanlı Haydari Mujtabanı məğlub edib.
Digər boksçular - Haqverdi Həsənov (57 kiloqram), Nurlan Abışov (60 kiloqram) və Valeh Eyvazlı (66 kiloqram) isə finala gedən yolda rəqiblərinə uduzduqları üçün turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, Nihad Qasımovun final görüşü iyulun 4-də olacaq.