Türkiyədəki Göbekli-Tepe məbəd kompleksini 2,8 milyon turist ziyarət edib
Ankara, 1 iyul, AZƏRTAC
Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa vilayətinin Haliliye rayonundakı Göbekli-Tepe məbəd kompleksi 2019-cu ildə ziyarətə açılıb və həmin vaxtdan bu məkanı 2,8 milyon turist ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Göbekli-Tepe məbəd kompleksi alimlər tərəfindən 1963-cü ildə aşkar edilib, 2018-ci ilin iyulunda isə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.
1995-ci ildə qazıntıların başlamasından sonra arxeoloqlar bu ərazidə neolit dövrünə aid “T” formasında 3-6 metr hündürlüyündə və 40-60 tin ağırlığında heyvan təsvirləri olan artefaktlar aşkar ediblər.
2019-cu ilin martında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə Göbekli-Tepe məbəd kompleksinin açılış mərasimi keçirilib. Dövlət başçısının qərarına əsasən, həmin il ölkədə “Göbekli-Tepe İli” elan olunub.
Şanlıurfa Mədəniyyət və Turizm İdarəsinin müdiri Aydın Aslan son illərdə kompleksə marağın artdığını və bu tarixi abidənin alimlərin bəşər tarixinə dair anlayışını dəyişdirdiyini bildirib.
Onun sözlərinə görə, arxeoloqlar Göbekli-Tepe ərazisində tədqiqatları ilboyu davam etdirirlər. “Bütün tapıntılar Şanlıurfa Arxeologiya Muzeyinə təhvil verilir. Məsələn, ötən il qazıntılar zamanı dünyada ən qədim heyvan heykəli aşkar edilib”, -deyə A.Aslan bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]