Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir
Astana, 1 iyul, AZƏRTAC
Astana şəhərində mühüm beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi ölkə vətəndaşlarına müraciət edib.
AZƏRTAC-ın Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinə istinadən xəbərinə görə, Astana, Almatı, Qaraqanda və Kökşetau sakinlərinə xəbərdarlıq edilib ki, Astanaya sammit üçün gələcək xarici nümayəndə heyətlərinin təhlükəsizliyini maksimum təmin etmək məqsədilə, dörd şəhərdə terror təhlükəsi səviyyəsi “sarı”ya qaldırılır və sakinlər üçün bir sıra məhdudiyyətlər tətbiq edilir.
Qurumdan bildirilib ki, iyulun 2-5-də Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti və Çin Xalq Respublikası Sədrinin dövlət səfəri də daxil olmaqla, bir sıra mühüm beynəlxalq tədbirlər keçiriləcək.
Məlumata görə, antiterror əməliyyatlarının keçirilmə zonalarında fiziki şəxslərin və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Mühafizə olunan şəxslərin xüsusi marşrut üzrə hərəkət etdiyi ərazilərdə şəhər sərnişin nəqliyyatının hərəkəti dayandırılacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]