Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib
Stokholm, 1 iyul, Nərgiz Cəfərli, AZƏRTAC
Dünyaşöhrətli alban yazıçısı, Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare ömrünün 88-ci ilində ürəktutmasından vəfat edib.
AZƏRTAC xəbər verir ki, İsmayıl Kadare 1936-cı ildə Albaniyanın Qirokastre şəhərində dünyaya gəlib. Tirana Universitetinin Tarix-filologiya fakültəsini bitirən yazıçı öz təhsilini Moskvada – Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.
1960-cı ildə Albaniya ilə SSRİ arasında münasibətlərin pozulmasının ardından öz ölkəsinə qayıdan Kadare yazıçı fəaliyyətinə şair kimi başlayır. 1964-cü ildə qələmə aldığı “Ölü ordunun generalı” romanı ona dünya şöhrəti gətirib.
Yazıçı 1990-cı illərdə Fransada sığınacaq alıb. Kadare müsahibələrinin birində bildirib ki, yalnız Albaniyada demokratik hökumət qurulduqdan sonra öz ölkəsinə qayıtmaq niyyətindədir.
İsmayıl Kadare bir neçə dəfə Nobel mükafatına namizəd göstərilib, amma laureat adını almaq ona nəsib olmayıb. Yazıçının əsərləri dünyanın 45 dilinə tərcümə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]