Türkiyə Qara dənizdə qaz hasilatını artırır
Ankara, 1 iyul, AZƏRTAC
Qara dənizin Türkiyə sektorundakı “Sakarya” yatağında təbii qaz hasilatının həcmi sutkada 5,5 milyon kubmetrə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Kanal 7” telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, mövcud istehsal həcmləri 2,4 milyon abonenti mavi yanacaqla təmin etməyə imkan verir.
“Qara dənizin ehtiyatları böyükdür. Kəşfiyyat işlərinə Türkiyənin üç qazma gəmisi – “Fatih”, “Yavuz” və “Kanuni” cəlb olunub. Məqsədimiz qaz hasilatını artırmaq və avqusta qədər onu sutkada 6 milyon kubmetrə, 2025-ci ilə qədər isə 10 milyon kubmetrə çatdırmaqdır”, -deyə türkiyəli nazir bildirib.
Bayraktar qeyd edib ki, Qara dənizin qərb bölgələri yataqlar baxımından prioritet kimi görünür. "Kastamonu, Sakarya, Sinop və Rize vilayətlərinin sahillərində qazma işlərinə başlamağı planlaşdırırıq", -deyə Energetika Nazirliyinin rəhbəri bildirib.
Nazir Türkiyənin enerji təhlükəsizliyi üçün dinc nüvə enerjisindən istifadənin vacibliyinə də diqqət çəkib. O deyib: “Cari il ərzində “Akkuyu” AES-də dörd reaktordan birincisinin sınaqlarına başlanılacaq. Reaktorlar mərhələli şəkildə - ildə bir dəfə istismara veriləcək. Beləliklə, “Akkuyu” 2028-ci ildə tam gücünə çatdırılacaq ki, bu da Türkiyənin elektrik enerjisi ehtiyacının 10 faizini ödəyəcək və qaz idxalını ildə 7 milyard kubmetr azaldacaq”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]