CƏMİYYƏT
Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb
![Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb](/files/2024/2/1200x630/17198405663149529189_1200x630.jpeg)
Lənkəran, 1 iyul, AZƏRTAC
Lənkəran Şəhər/Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Cabir Məmmədov, Məhərrəm Cəbiyev və Yusif Məmmədov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, C.Məmmədov və Y.Məmmədovun yaşadıqları evin həyətyanı sahələrində, M.Cəbiyevin isə Darquba kəndi ərazisində əkin sahəsində kultivasiya yolu ilə yetişdirdikləri, ümumilikdə, 20 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Bundan əlavə, C.Məmmədovdan marixuana da aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [16:48]
Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçiriblər
- 03.07.2024 [16:25]
Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur
- 03.07.2024 [15:45]
Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib
- 03.07.2024 [15:37]