Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb
London, 1 iyul, AZƏRTAC
Aprel ayından bəri ikinci dəfədir ki, hərbi atlar məşq zamanı qaçaraq Londonun mərkəzi küçələrini qarışdırıblar.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, bazar ertəsi səhər saatlarında məşq edərkən Məişət Süvari Alayından üç at qaçıb. Bildirilir ki, Britaniya Ordusu və şəhər polisi tərəfindən qısa müddət ərzində atlar alaya geri qaytarılıb. Atlardan biri yaralansa da, hərbçilərdən xəsarət alan olmayıb.
Qeyd edək ki, bu ilin aprelində də Londonda Bukinqem sarayı ətrafında məşq edən süvari birliyindən beş at qaçmışdı. O zaman atlar küçədən keçən dörd nəfəri yaralamışdı.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]