Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib
Bakı, 1 iyul, AZƏRTAC
Finlandiya parlamenti ABŞ-la müdafiə sahəsində əməkdaşlığa dair sazişi yekdilliklə təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Finlandiya Xarici İşlər Nazirliyi sənədin ABŞ-ın ölkədə hərbi mövcudluğunun mümkünlüyünü tənzimlədiyini və regional əməkdaşlığı təşviq etdiyini bildirib.
Müqaviləyə əsasən, Helsinki özünün 15 hərbi obyektini amerikalı hərbçilərin istifadəsinə verə və Finlandiyaya ABŞ hərbi texnikası göndərilə bilər. Sənəd, həmçinin Birləşmiş Ştatların Skandinaviya ölkəsində daimi hərbi mövcudluğu üçün də zəmin yaradır.
XİN-in bəyanatına görə, ABŞ Finlandiyanın əsas strateji müttəfiqidir və iki ölkə arasında əməkdaşlıq təhlükəsizlik mühitindəki dəyişikliklər səbəbindən getdikcə daha çox əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Helsinki və Vaşinqton müvafiq sazişi 2023-cü il dekabrın 18-də imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]