MƏDƏNİYYƏT
Sertifikatlar sahiblərinə təqdim olunub
![Sertifikatlar sahiblərinə təqdim olunub](/files/2024/2/1200x630/1719833959456576055_1200x630.jpg)
Bakı, 1 iyul, AZƏRTAC
Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, tibb, neft-qaz və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.
Sertifikatların təqdimat mərasimində Mərkəzin beynəlxalq əlaqələr və tərcümə işinin təşkili idarəsinin rəisi Fərid Camalov, tərcümə işinin təşkili şöbəsinin müdirı Nəzakət Ağayeva, marketinq və yayım şöbəsinin müdiri Kəmalə Ələkbərova Seçim Turlarının məqsədləri barədə danışaraq imtahan mərhələlərindən uğurla keçmiş və Mərkəzin sertifikatlarına layiq görülmüş mütəxəssisləri təbrik ediblər.
Qeyd edək ki, tərcüməçilərə dair məlumatlar Mərkəzin rəsmi məlumat bazasına (reyestr) yerləşdiriləcək.