DÜNYA
Danimarka Ukraynaya 330 milyon dollar dəyərində hərbi yardım paketini açıqlayıb
Kiyev, 13 mart, AZƏRTAC
Danimarka Ukraynaya 330 milyon dollar dəyərində növbəti hərbi yardım paketini açıqlayıb. Buraya “Caesar” özüyeriyən artilleriya qurğuları da daxildir.
AZƏRTAC xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Danimarka “Caesar” üçün Fransa ilə, 155 millimetrlik artilleriya mərmiləri üçün isə Estoniya və Çexiya ilə əməkdaşlıq çərçivəsində pul ayırıb.
"Artilleriya və minaatan sistemlərinə Ukraynada böyük tələbat var. Bu yardım paketi ilə biz Ukraynanın azadlığı uğrunda mübarizəyə mühüm töhfə veririk. Yardım müttəfiqlərimizlə əməkdaşlıq çərçivəsində həyata keçirilir və Ukraynanı dəstəklədiyimizə dair mühüm siqnaldır”, - məlumatda deyilir.
Bu, artıq Danimarkanın Ukraynaya göstərdiyi 16-cı hərbi yardım paketidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]