CƏMİYYƏT
Deka Dalak: Men ştatı ilə Azərbaycan arasında təhsil mübadiləsi sahəsində əməkdaşlıq müsbət nəticə verərdi
![Deka Dalak: Men ştatı ilə Azərbaycan arasında təhsil mübadiləsi sahəsində əməkdaşlıq müsbət nəticə verərdi](/files/2024/2/1200x630/1716555161638454471_1200x630.jpeg)
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan gözəl ölkədir. Azərbaycan kimi bir ölkəyə sahib olduğunuz üçün çox şanslısınız. COP29-a ev sahibliyi edəcəyiniz üçün sizə uğurlar arzulayıram. Bizim əyalət ətraf mühitin davamlılığı və iqlim dəyişikliyi ilə bağlı çox güclü öhdəliyə malikdir. Mən geri qayıdanda aidiyyəti qurumları Azərbaycana bir nümayəndə heyəti göndərmək barədə düşünməyə təşviq edəcəyəm.
AZƏRTAC xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan ABŞ-ın Men Ştatının Nümayəndələr Palatasının üzvü Deka Dalak mayın 24-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.
“Mənim üçün çox ciddi və maraqlı sahələrdən biri də kənd təsərrüfatıdir. Kənd təsərrüfatı ölkənizdə inkişaf etmişdir. Bərpa olunan ərazilərdə bu inkişafı görmək isə çox xoşdur. İnsanlar burada istixanalarda öz tərəvəzlərini yetişdirirlər. Əkinçilik, quşçuluq inkişaf etmişdir. Təsərrüfatla məşğul olan insanlar üçün texnika yenidən qurulur. Bizim Azərbaycanla həm mədəni, həm də təhsil mübadiləsi sahəsində əməkdaşlıq etmək müsbət nəticə verərdi. Düşünürəm ki, bizim buradakı işimiz gözəl ölkəniz Azərbaycan və Men ştatı arasında dostluq və anlaşma körpüləri qurmaqdır. Mən könüllüyəm, həmkarlarımı, digər amerikalıları və qeyri-amerikalıları Azərbaycan və ABŞ əməkdaşlığı üçün maarifləndirmək baxımından əlimizdən gələni etməyə çağırıram. Azərbaycan haqqında eşitdiyim müxtəlif rəvayətlər onu bir ölkə kimi nəzərimdə canlandırıb. Azad bir ölkə olmaq üçün çətinliklə mübarizə aparan bir ölkəniz var. İndi isə artıq başqa hekayələr danışmalıyıq”, - deyə Deka Dalak qeyd edib.