İQTİSADİYYAT
“DəmirBank” www.demirtaksit.az saytını istifadəyə verib
Bakı, 5 dekabr, AZƏRTAC
“DəmirBank” www.demirtaksit.az saytını istifadəyə verib. Saytda “DəmirTaksit” istifadəçiləri kartla bağlı yeniliklərdən, kampaniyalardan, endirimlərdən yararlana biləcəklər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, saytda onlayn kalkulyator funksiyası da var. Bu, müştərilərə ödənişlərini hesablamaq imkanı verəcək. “DəmirTaksit” kartını onlayn sifariş etmək üçün isə “Sifariş et” bölməsinə daxil olmaq lazımdır. Saytda müştərilər, həmçinin “Onlayn məsləhətçi” bölməsi vasitəsilə mütəxəssislərdən məhsul və xidmətlər barədə məsləhətlər ala bilərlər.
27 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]