İQTİSADİYYAT
Doqquz ayda Cənubi Qafqaz Boru Kəmərinə 61 milyon dollar xərclənib
Bakı, 5 noyabr, AZƏRTAC
Bu ilin doqquz ayında Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri ilə bağlı fəaliyyətlərə təqribən 33 milyon dollar əməliyyat xərcləri və 28 milyon dollar əsaslı xərclər sərf edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında deyilir.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, “Şahdəniz” qazını Gürcüstan və Türkiyəyə çatdırır. Genişləndirilmiş boru kəməri isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.
Bu ilin üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olub.
CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR Midstream Operations isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8 faiz), TPAO (19 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6.7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), NİKO (10 faiz).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]