Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dördüncü Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatıb
Forumun Bəyannaməsi qəbul olunub VİDEO

Bakı, 3 oktyabr (AZƏRTAC). Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu işini “dəyirmi masa”larda davam etdirib.

AZƏRTAC xəbər verir ki, “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri”, “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” mövzularında keçirilmiş “dəyirmi masa”larda səmərəli və maraqlı diskussiyalar aparılıb.

Aktual humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkan olan Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları daxil olmaqla çoxsaylı nümayəndələr iştirak ediblər.

AZƏRTAC Forumun ikinci iş gününün gedişini “dəyirmi masa”lar üzrə şərh edir.

“Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın

yeni meyilləri” adlı “dəyirmi masa” da informasiya

cəmiyyətinin bir sıra aktual problemləri müzakirə olunub

Oktyabrın 3-də “Hilton” otelində IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”nın gündəliyindəki “Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalistikasının problemləri”, “Sosial media bumu: informasiya cəmiyyətlərində jurnalistikanın inkişafının yeni modeli”, “Qloballaşma şəraitində müasir elmin humanitar problemlərinin işıqlandırılmasında medianın yeri və rolu” mövzularının hər biri ayrıca paneldə müzakirə olunub.

Birinci paneldə müxtəlif KİV platformalarında dialoqun aktual aspektləri, ikincidə müasir jurnalistikada “sosial media” adlandırılan yeni hadisənin genezisi və onun ənənəvi informasiya sənayesinin obyektiv transformasiya prosesinə təsiri, informasiya cəmiyyətinin bir sıra aktual problemləri, üçüncüsə isə müasir şəraitdə sosial məsuliyyət prinsipini reallaşdıran KİV-lərin yeni dünyada rolu ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

“Dəyirmi masa”da dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri, nüfuzlu media təşkilatlarının rəhbərləri, dövlət qurumlarının mətbuat katibləri, ekspertlər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültələrinin professor-müəllim heyəti iştirak ediblər.

“Dəyirmi masa”nı AZƏRTAC-ın baş direktoru Aslan Aslanov açaraq iştirakçılara səmərəli iş, maraqlı diskussiyalar arzulayıb.

Baş direktor bildirib ki, ənənəvi, klassik media yeniliyə qarşı çıxmamalı, əksinə, onunla ayaqlaşmağa çalışmalıdır. Yoxsa biz uduzarıq. Yeni yüksək texnologiyalar bizə də imkan verir ki, fəaliyyətimizi dövrün tələbinə uyğunlaşdıraq, işimizin forma və metodlarını dəyişək, rəqabət qabiliyyətimizi artıraq.

“Dünyamız sürətlə dəyişir, yüksək texnologiyalar həyatımızın bütün sahələrinə nüfuz edir. Bizim peşə sahəmiz olan media bu proseslərin mərkəzindədir”, - deyən A.Aslanov “dəyirmi masa”da rəqəmsal dövrdə medianın transformasiyası şəraitində inkişafın yeni meyillərinin, müasir jurnalistikanın dövrümüz üçün xarakterik olan spesifik problemlərinin müzakirə ediləcəyini, eyni zamanda, medianın inkişafının müasir trendlərinin müəyyənləşdiriləcəyini bildirib.

“Dəyirmi masa”nın birinci panelinə moderatorluq edən Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) baş katibi, Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman müzakirə olunan mövzunun əhəmiyyətini qeyd edib.

Sosial medianın cəmiyyətin demək olar ki, bütün sahələrinin inkişafına öz təsirini göstərdiyini deyən M.Qusman son illərdə ənənəvi media və sürətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı əlaqələrdən danışıb. O, bildirib ki, yeni media bir çox üstün cəhətləri ilə diqqəti cəlb edir və müasir dövrdə sosial jurnalistika artıq sosial platformaya çevrilir.

Bölmə iclası məruzələrlə davam edib. Bu paneldə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) sabiq prezidenti, Avstriyanın APA agentliyinin baş icraçı direktoru Peter Kropş, Malayziyanın BERNAMA agentliyinin baş direktoru Yonq So Heonq, Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç, İtaliyanın AGI agentliyinin baş icraçı direktoru Cianni Di Ciovanni, Türkiyə Jurnalistlər Federasiyasının prezidenti Atilla Sertel, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Los-Anceles Beynəlxalq Münasibətlər Şurasının prezidenti və icraçı direktoru, EMMY mükafatı laureatı, “Time” jurnalının Los-Anceles bürosunun sabiq rəhbəri Terri Makkarti, Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya texnologiyaları kafedrasının baş müəllimi Lamiyə Vəzirova məruzələrlə çıxış ediblər.

Panel iclasının iştirakçıları ümumi maraqların, müxtəlif mədəniyyətlərin sivil dəyərlərinin təmas nöqtələri və bu prosesin müasir mediada necə əks olunması məsələsinə dair müzakirələr aparıblar.

Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti haqqında danışaraq bu mötəbər tədbirdə aktual mövzuların müzakirə edildiyini, “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” adlı “dəyirmi masa”da qaldırılan məsələlərin bunu bir daha sübut etdiyini bildirib.

Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova “İnformasiya müharibələrindən sivilizasiyalararası dialoqa - XXI əsr jurnalistikasının aktual vəzifəsi” mövzusunda məruzəsində informasiya təhlükəsizliyinin təmininin zəruriliyini bildirib, bu istiqamətdə Azərbaycanda görülən işlərdən danışıb. E.Axundova sivilizasiyalar və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın töhfələrini xüsusi qeyd edib.

Malayziyanın BERNAMA Agentliyinin baş direktoru Yonq So Heonqun moderatorluğu ilə keçən ikinci paneldə Xorvatiyanın HINA Agentliyinin baş direktoru Branka Qabriela Valentiçin, AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun, Vyetnamın VNA Agentliyinin baş direktoru Nquyen Duk Loinin, Birləşmiş Ərəb Əmirliklərinin WAM Agentliyinin icraçı direktoru Camal Nasser Əl-Suvayderin, Belarus Teleqraf Agentliyinin (BELTA) baş direktoru Dmitriy Jukun, “The Japan Times” qəzetinin prezidenti Takeharu Tsutsuminin, “Rusiya İsveçrəsi” jurnalının naşiri və baş redaktoru Aleksandr Peskenin və Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya texnologiyaları kafedrasının müdiri, dosent Aynur Bəşirlinin məruzələri dinlənilib.

Bu paneldə informasiya cəmiyyətlərində jurnalistikanın inkişafının yeni modeli, sosial medianın ənənəvi informasiya sənayesinin obyektiv transformasiya prosesinə təsiri, müasir informasiya cəmiyyətinin bir sıra digər aktual problemləri diqqət mərkəzində olub.

“Ənənəvi mediadan dünya informasiya şəbəkəsinə keçid labüddür” mövzusunda çıxış edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov XXI əsrin əvvəlindən başlayaraq bəşəriyyətin transformasiya erasına, praktiki olaraq hər bir dövlətdə tamamilə yeni münasibətlərin və sosiumun müxtəlif sektorları arasında qarşılıqlı əlaqələrə əsaslanan sosial münasibətlərin inkişafının yeni mərhələsinə qədəm qoyduğunu, gündəlik həyatımıza daxil olan internetin cəmiyyətin hər bir üzvünü informasiyanın həm istehlakçısına, həm də daşıyıcısına çevirdiyini, sözün əsl mənasında, internetin informasiya məkanında inqilab yaratdığını bildirib.

“Sosial media və yeni texnologiyalar praktiki olaraq multimedia materialları istehsalından ayrılmazdır”, - deyən baş direktor diqqətə çatdırıb ki, sosial şəbəkələr bütün dünyada müasir jurnalistikaya ciddi təsir göstərir. Özü də onlar təkcə nyusmeykerlərdən (“xəbər yaradanlardan”) və hadisələrin şahidlərindən alınmış məxsusi informasiyanın operativ mənbəyi olaraq qalmır, həm də öz auditoriyasını formalaşdırma vasitəsi kimi böyük təsir gücünə malikdir. Məsələnin daha bir mühüm aspekti ondan ibarətdir ki, hər bir agentlik təkcə kollektiv deyil, həm də fərdi jurnalistlər deməkdir.

AZƏRTAC-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidovun moderatorluq etdiyi üçüncü paneldə Rusiyanın “Moskovski komsomolets” qəzetinin redaktoru Janna Qolubitskaya, Macarıstanın “Yobbik” Partiyasının mətbuat xidmətinin rəhbəri Qeorqina Bernat, ABŞ-ın Yaxın Şərq İnstitutunun böyük elmi işçisi Aleks Vatanka, Serbiyanın “Tanyuq” Agentliyinin baş direktoru Branka Slobodan Сukiç, Yunanıstanın Qadın Jurnalistlər Avropa Şəbəkəsinin prezidenti İren Nikolopoulou, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının prezidenti Manuela Sessa, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Şamil Vəliyev, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “İnternetşünaslıq problemləri” sektorunun müdiri Rasim Mahmudov məruzələrlə çıxış ediblər.

Bu paneldə müasir dövrdə sosial məsuliyyət prinsipini reallaşdıran KİV-lərin yeni dünyada rolu ilə bağlı müzakirələr aparılıb.

Bütün panel iclaslarında mövzularla bağlı suallar cavablandırılıb, səmərəli fikir mübadiləsi aparılıb.

ABŞ-ın “İrs” Fondunun elmi tədqiqatçısı Ariel Koen, beynəlxalq əlaqələr üzrə tanınmış amerikalı ekspert Peter Teys, Kaliforniya Universitetinin Beynəlxalq İnstitutunun dosenti Yael Varşel, İranın “Dəniz” qəzetinin məsul müdiri Mustafa Quluzadə Əlyar və başqaları müzakirə olunan mövzulara dair fikirlərini bildiriblər.

“Dəyirmi masa”ya yekun vuran AZƏRTAC-ın baş direktoru Aslan Aslanov olduqca səmərəli müzakirələrin aparıldığını deyib, iştirakçılara təşəkkür edib.

Sonda Forumun Bəyannaməsi müzakirə olunaraq qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib   YENİLƏNİB-2 VİDEO

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür VİDEO

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib YENİLƏNİB-2 VİDEO