İQTİSADİYYAT
Dövlət Neft Fondu bu il xarici dövlətlərdə daşınmaz əmlakın alınmasına 1 milyard dollar məbləğində investisiya yatırmaq niyyətindədir
Bakı, 26 aprel (AZƏRTAC). Azərbaycan Dövlət Neft Fondu 2013-cü ildə xarici dövlətlərdə daşınmaz əmlakın alınmasına təqribən 1 milyard ABŞ dolları məbləğində investisiya yatırmaq niyyətindədir.
Bu sözləri Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov aprelin 26-da Bakıda keçirilmiş “Heydər Əliyev və maliyyə-kredit sistemi: nailiyyətlər və çağırışlar” mövzusunda konfransda bildirmişdir.
Ş.Mövsümov demişdir: “Fond əmlakı əsasən Asiya bazarlarında almağı planlaşdırır. Çünki dünyada iqtisadi tənəzzül davam etsə də yeganə artım yeri məhz Asiyadır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:09]
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
- 03.05.2024 [16:48]