CƏMİYYƏT
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 10 may, AZƏRTAC
Xalqımızın ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı və şərəfli ömrünün 25 ilini həsr etdiyi bu orqanlarda milliləşmə prosesinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
DTX-nin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [19:02]
Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib
- 27.04.2024 [19:00]
Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb
- 27.04.2024 [18:03]
Zirvələrə yüksələn zərif insan ömrü
- 27.04.2024 [17:57]
Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib
- 27.04.2024 [17:52]
Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb
- 27.04.2024 [17:21]