REGİONLAR
Dövlətçiliyimizin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində prokurorluq işçilərinin əməyi böyükdür
Beyləqan, 1 oktyabr (AZƏRTAC). Beyləqan şəhərindəki Gənclər Mərkəzində Azərbaycanda prokurorluq orqanlarının yaradılmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycanın prokurorluq orqanlarının keçdiyi şərəfli yoldan bəhs edən məruzə dinlənilib.
Məruzə və çıxışlarda ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, qanun pozuntusu halları və cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışılıb, dövlətçiliyimizin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində prokurorluq işçilərinin əməyi yüksək qiymətləndirilib.
Sonda bir qrup prokurorluq əməkdaşına diplomlar təqdim olunub.