DÜNYA
Dünyanın ən böyük səhm satışı həyata keçiriləcək
Bakı, 15 sentyabr (AZƏRTAC). Dünyada ən böyük səhmlərin ilkin kütləvi satışı bu həftə reallaşır. Çinin e-ticarət nəhəngi “Alibaba.com”un 20 milyard dolları aşması gözlənilən İPO-su sentyabrın 18-də həyata keçiriləcək.
“Alibaba Group”un ABŞ tarixinin ən böyük ilkin kütləvi yerləşdirilməsi üçün Nyu-York birjasını seçdiyi və “BABA” simvolu ilə icra olunacağı məlumdur. Bir səhmin hədəf qiyməti 60-66 dollar təyin olunub. Çinin elektron ticarət bazarının 80 faizini əlində tutan “Alibaba”nın İPO-dan 20 milyard dollardan çox gəlir əldə etməsi gözlənilir. Bu vəziyyətdə “Alibaba” 2012-ci ildə 16 milyard dollar gətirən “Facebook”un İPO-sunu geridə qoya bilər.
Çinin e-ticarət nəhəngi iyunun 30-dək keçən 12 ayda 296 milyard dollarlıq satış həcminə nail olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]