ELM VƏ TƏHSİL
“Ədəbiyyatımızda, mədəniyyətimizdə, tariximizdə Şuşa” mövzusunda respublika konfransına tezis qəbulu aparılır
Bakı, 19 aprel, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə oktyabrın 4-də “Şuşa İli”nə həsr olunan “Ədəbiyyatımızda, mədəniyyətimizdə, tariximizdə Şuşa” mövzusunda respublika gənclər konfransı keçiriləcək.
Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, məruzə tezisləri avqustun 1-dək qəbul ediləcək. Konfrans haqqında daha ətraflı məlumatla və məruzə tezislərinin tərtibi qaydaları ilə muzeyin saytında tanış olmaq mümkündür.
Konfransdan sonra onun materialları PDF formatında muzeyin saytında yerləşdiriləcək.
Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi (ümumi məzmunu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]
BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş
- 03.05.2024 [18:14]