ƏDL-in sammitində 20-yə yaxın məsələ müzakirə olunub
Qahirə, 1 aprel, AZƏRTAC
Martın 31-də Tunisdə Ərəb Dövlətləri Liqasının (ƏDL) yüksək səviyyəli 30-cu beynəlxalq yubiley sammiti öz işini yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, ərəb ölkələrinin dövlət və hökumət başçılarının qatıldıqları toplantıda təşkilata üzv dövlətlər gündəlikdə olan Colan yüksəkliklərinin ABŞ tərəfindən İsrailin ərazisi kimi tanınması məsələsini müzakirə ediblər, bu qərarın beynəlxalq prinsipləri pozduğunu və heç bir hüquqi qüvvəsinin olmadığı barədə yekdil mövqe ifadə ediblər.
Qeyd edilib ki, ƏDL-ə üzv dövlətlər ABŞ-ın bu qərarı ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinin qəbul edilməsinə çalışacaqlar. Ərəb dövlətlərinin qəbul etdiyi yekun sənəddə bildirilir ki, ərəb dövlətləri BMT-nin Təhlükəsizlik Şurasına qətnamənin layihəsini təqdim edəcək.
ƏDL-in baş katibi Əhməd Əbul Geyt bildirib ki, BMT-də qətnamənin təşviqi ilə Küveyt məşğul olacaq. O xüsusi vurğulayıb ki, ABŞ-ın Colan yüksəklikləri barədə verdiyi qərarın heç bir hüquqi əsası yoxdur.
Ərəb dövlətlərinin bu məsələdə mövqeyini zirvə toplantısında iştirak edən BMT-nin baş katibi Antonio Quterreş və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də dəstəkləyib.
Tunisdə keçirilən sammitdə, həmçinin Fələstin məsələsinə da baxılıb. BMT-nin baş katibi Antonio Quterreş qeyd edib ki, bu məsələ “iki dövlət” prinsipi əsasında həll olunmalıdır. Bu prinsipin reallaşması regionda sabitliyi və təhlükəsizliyi təmin edə bilər.
Sammitdə, həmçinin ərəb dövlətlərinin daxili işlərinə digər ölkələrin qarışmaması və ərəb milli təhlükəsizliyinin prioritetlərinin müəyyənləşdirilməsi sahəsində hərtərəfli konsepsiyanın hazırlanması təklif olunub.
Ümumilikdə, ƏDL-in 30-cu yubiley sammitində regionun əsas problemlərinə dair 20-yə yaxın məsələyə baxılıb, o cümlədən Liviya və Yəməndəki böhranlar, Sudanda sülhə və inkişafa dəstək, ərəb ölkələrinin təhlükəsizliyi və s. məsələlər nəzərdən keçirilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]
Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib
- 10.06.2026 [16:41]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:21]