Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

London, 10 iyun, AZƏRTAC

Böyük Britaniyanın nüfuzlu Kembric Universitetində doktorantura təhsili alan azərbaycanlı tədqiqatçı Turan Abbaszadə şəhərsalma və şəhər iqtisadiyyatı sahəsində araşdırmalar aparır. “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan azərbaycanlı tədqiqatçı Kembricdəki elmi mühit, şəhərsalma sahəsində qlobal tendensiyalar, Qarabağda həyata keçirilən yenidənqurma layihələri və gələcək planları barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

-Şəhərsalma və şəhər iqtisadiyyatı sahəsinə marağınız necə yarandı?

-Hazırda Kembric Universitetinin "Land Economy" (Ərazi İqtisadiyyatı) departamentində doktorantura təhsili alıram. Akademik yoluma biznesin idarə edilməsi sahəsində başlamışam, daha sonra magistratura təhsilimi Kembricdə şəhər planlaşdırılması və iqtisadiyyatı üzrə davam etdirmişəm. Şəhərlərə marağım həm müxtəlif şəhərlərdə yaşama və səyahət təcrübəmdən, həm də şəhərlərin insanların sosial həyatına və iqtisadi imkanlarına necə təsir etdiyini anlamaq istəyimdən yaranıb.

-Kembric Universitetində hansı mövzu üzrə doktorluq tədqiqatı aparırsınız? Araşdırmanızın əsas məqsədi nədir?

-Tədqiqatım şəhər iqtisadiyyatı və şəhərsalmanın kəsişməsindədir. Əsasən kommersiya obyektlərinin - mağazaların, kafe və restoranların zamanla necə dəyişdiyini və bunun şəhərlərin iqtisadi və sosial inkişafına necə təsir etdiyini araşdırıram.

-“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq sizə hansı imkanları yaradıb?

-Dövlət Proqramı mənim üçün çox böyük imkanlar yaradıb. Bu təqaüd sayəsində dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almaq, aparıcı alimlər və mütəxəssislərlə tanış olmaq imkanı qazandım. Bu təcrübə həm akademik baxışımı, həm də gələcək karyera istiqamətimi ciddi şəkildə formalaşdırdı. Düşünürəm ki, bu proqram mənim həyat yolumu dəyişən əsas imkanlardan biri olub.

-Kembric Universitetində təhsil və tədqiqat mühitini necə qiymətləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. Xüsusilə magistratura təhsilinə başlayanda elmi araşdırmanın əslində necə aparılmalı olduğunu daha dərindən anladım. Kembric mənə yalnız akademik bilik vermədi, həm də düşünmə tərzimi formalaşdırdı. Hər bir fikrə tənqidi yanaşmaq, məlumatı yoxlamaq və arqumentləri ciddi elmi əsaslarla qurmaq çox vacibdir. Bu mühit mənim akademik yazı, tədqiqat və analitik düşünmə bacarıqlarımı çox inkişaf etdirdi. Düşünürəm ki, bu təcrübə mənim gələcək fəaliyyətimdə də daim faydalı olacaq.

-Şəhərsalma və şəhər iqtisadiyyatı sahəsində hazırda dünyada hansı əsas tendensiyalar və çağırışlar müşahidə olunur?

-Hazırda şəhərsalma və şəhər iqtisadiyyatı sahəsində bir neçə əsas istiqamət ön plana çıxır. Bunlardan biri iqlim dəyişikliyi və dayanıqlı şəhərlər məsələsidir: şəhərləri həm ekoloji baxımdan daha davamlı, həm də insanlar üçün daha yaşana bilən və inklüziv etmək. Digər mühüm istiqamət regional bərabərsizliklərlə bağlıdır. İqtisadi inkişaf yalnız paytaxtda və böyük şəhərlərdə deyil, ölkənin müxtəlif regionlarında da təmin oluna bilər. Təbii ki, bu sahə çox genişdir, amma mənim öz tədqiqat sahəmlə daha çox kəsişən əsas çağırışlar məhz dayanıqlı, inklüziv və regional baxımdan daha balanslı şəhər inkişafıdır.

-Araşdırmalarınızın nəticələrinin gələcəkdə Azərbaycanın şəhərlərinin inkişafına və urbanizasiya siyasətinə hansı töhfələri verə biləcəyini düşünürsünüz?

-Kembricdə qazandığım bilik və tədqiqat bacarıqlarının Azərbaycanda tətbiq üçün böyük potensialı olduğunu düşünürəm. Azərbaycanda şəhərsalma sahəsində çalışan mütəxəssislər var, amma bu sahədə akademik tədqiqatların daha da genişlənməsinə ehtiyac var. Xüsusilə nəqliyyat, inklüzivlik, regional inkişaf və şəhər iqtisadiyyatı kimi mövzular üzrə daha çox araşdırma aparılması vacibdir. Öz tədqiqatımda istifadə etdiyim yanaşmalar Azərbaycanda müxtəlif şəhər və regionların inkişafını anlamaq üçün də tətbiq oluna bilər. Gələcəkdə bu sahədə bilik istehsalına və siyasət müzakirələrinə töhfə vermək istəyirəm.

-Azərbaycanda şəhərsalma sahəsində son illər həyata keçirilən layihələri və dəyişiklikləri necə qiymətləndirirsiniz?

-Şəhərsalma sahəsinə marağımın artması müəyyən mənada Azərbaycanda bu sahəyə diqqətin artdığı dövrlə üst-üstə düşdü. Xüsusilə Qarabağda aparılan yenidənqurma işləri, eyni zamanda, Bakının yeni Baş planı şəhərsalmanın ölkə üçün nə qədər vacib istiqamətə çevrildiyini göstərir. Bu prosesləri müsbət qiymətləndirirəm, xüsusilə insanyönümlü, dayanıqlı və uzunmüddətli şəhər inkişafına verilən önəmi. Amma təbii ki, plan hazırlamaq bir mərhələdir, onu uğurla həyata keçirmək isə daha çətin və vacib mərhələdir. Ümid edirəm ki, bu istiqamətdə davamlı və keyfiyyətli nəticələr görəcəyik.

-Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi barədə fikirləriniz nələrdir?

-Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələri maraqla izləyirəm. Xüsusilə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi müasir şəhərsalma yanaşmalarına uyğun addımdır. Bu gün rəqəmsallaşma şəhərlərin idarə olunmasında getdikcə daha böyük rol oynayır. Rəqəmsal xidmətlər, məlumatların effektiv istifadəsi və yeni texnologiyaların tətbiqi həm şəhər idarəçiliyinin keyfiyyətini artırır, həm də vətəndaşların həyatını asanlaşdırır. Bu baxımdan Azərbaycanın bu istiqamətdə atdığı addımları müsbət qiymətləndirirəm və gələcəkdə bu layihələrin nəticələrini görməyi səbirsizliklə gözləyirəm.

-Xaricdə təhsil alan azərbaycanlı tələbə və tədqiqatçıların ölkəmizin inkişafında rolunu necə qiymətləndirirsiniz?

-Onların ölkənin inkişafında çox mühüm rol oynadığını düşünürəm. Mən özüm də son illərdə xaricdə təhsil alıb Azərbaycana qayıdan gənc mütəxəssislərin fəaliyyətini yaxından izləyirəm. Onların müxtəlif sahələrdə qazandıqları bilik və təcrübəni Azərbaycan kontekstinə tətbiq etməsi çox ruhlandırıcıdır. Xüsusilə tədqiqat, təhsil, dövlət idarəçiliyi və özəl sektorda bu insanların töhfələrini görmək mənə də motivasiya verir. Düşünürəm ki, Dövlət Proqramının ən böyük dəyərlərindən biri məhz budur: xaricdə qazanılan bilikləri ölkənin inkişafına yönəltmək.

-Gələcək karyera planlarınız nələrdir? Təhsilinizi başa vurduqdan sonra fəaliyyətinizi hansı istiqamətdə davam etdirməyi düşünürsünüz?

-Təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdıb akademik fəaliyyətimi davam etdirməyi planlaşdırıram. Hazırda bu istiqamətdə ADA Universitetində tədqiqat və tədris fəaliyyəti ilə məşğul olmaq ehtimalı var və buna çox müsbət baxıram. Eyni zamanda, şəhərsalma və şəhər iqtisadiyyatı sahəsində dövlət qurumları, özəl sektor və mütəxəssislərlə əməkdaşlıq etmək istərdim. Gələcəkdə bu mövzular üzrə müzakirələr, seminarlar və peşəkar platformalar yaratmaq da hədəflərimdən biridir.

-Xaricdə təhsil almağı arzulayan gənc azərbaycanlılara hansı tövsiyələri vermək istərdiniz?

- Xaricdə təhsil almaq istəyən gənclərə əsas tövsiyəm budur: özünüzü əvvəlcədən məhdudlaşdırmayın və ən yüksək hədəflər qoymaqdan çəkinməyin. Bəzən insan düşünür ki, “bəlkə mən bacarmaram” və ya “bu, mənim üçün deyil”, amma çox vaxt ilk addımı atmaq ən vacib məsələdir. Eyni zamanda, imkanları gözləməklə kifayətlənməmək, onları yaratmaq da vacibdir. Xaricdə təhsil almaq rahat proses deyil, çətinlikləri olur. Amma bu təcrübə insanı həm akademik və peşəkar, həm də şəxsi baxımdan çox inkişaf etdirir. Ona görə gənclərə tövsiyəm budur ki, cəsarətli olsunlar, fürsətlərdən istifadə etsinlər və özlərinə inansınlar.

-Azərbaycanla bağlı gələcək elmi və peşəkar hədəfləriniz barədə nə deyə bilərsiniz?

-İlk növbədə, Kembricdə apardığım tədqiqatdan qazandığım bilik və yanaşmaları Azərbaycan kontekstinə tətbiq etmək istəyirəm. Məqsədim Azərbaycanda şəhərsalma, şəhər iqtisadiyyatı və regional inkişaf sahəsində akademik biliklərin artmasına töhfə verməkdir. Eyni zamanda, bu biliklərin yalnız elmi məqalələrlə məhdudlaşmamasını, real qanunvericilik və praktiki qərarlarla əlaqələnməsini istəyirəm. Bunun üçün akademiya, dövlət qurumları və özəl sektor arasında daha çox dialoq və əməkdaşlıq vacibdir. Gələcəkdə bu sahədə körpü rolunu oynamaq və ortaq müzakirələrə töhfə vermək əsas hədəflərimdən biridir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib