ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 2026-cı il üzrə Round University Ranking (RUR) beynəlxalq universitet reytinqində ilk dəfə təmsil olunub. RUR-un rəsmi nəticələrinə əsasən, ADPU dünya üzrə 1202-ci, Azərbaycan ali təhsil müəssisələri arasında isə 18 universitet içərisində 13-cü yerdə qərarlaşıb.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
RUR dünyanın aparıcı universitetlərinin fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemlərindən biridir. 2010-cu ildən fəaliyyət göstərən reytinq dünyanın 80-dən çox ölkəsindən minlərlə ali təhsil müəssisəsini müqayisəli şəkildə dəyərləndirir.
RUR universitetləri dörd əsas istiqamət – tədris, tədqiqat, beynəlxalq müxtəliflik və maliyyə dayanıqlılığı üzrə qiymətləndirir. Reytinqin formalaşdırılması zamanı 20-dən çox göstəricidən istifadə olunur və qiymətləndirmə əsasən “Web of Science” beynəlxalq elmi məlumat bazası, eləcə də universitetlərin təqdim etdiyi rəsmi statistik məlumatlar əsasında aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:11]
AzTU rektoru Türkiyədə 2026–2027-ci tədris ilinin açılışında iştirak edib
- 07.10.2026 [11:04]
Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq
- 07.10.2026 [10:11]
ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub
- 06.10.2026 [18:32]
“Qəlbin simfoniyası” - bəstəkar Fikrət Əlizadənin yubiley gecəsi
- 06.10.2026 [18:16]
Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib
- 06.10.2026 [17:45]
BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]