Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
Bakı, 10 iyun, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə növbəti dəfə vətəndaşlarla görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı mənzilin təbii qaz təchizatı, elektrik enerjisi sərfiyyatı və digər mövzularla bağlı müraciətlər dinlənilib, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.