Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub
Astana, 10 iyun, AZƏRTAC
Astanada dövlət qurumlarının, biznes dairələrinin, ekspert icmasının və Mərkəzi Asiya ölkələri ilə Çindən olan gənc liderlərin nümayəndələrini bir araya gətirən “E-Light – Enerji İpək Yolu” forumu keçirilib.
AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla xəbər verir ki, forum iştirakçıları “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf perspektivlərini, gənclərin kadr potensialının gücləndirilməsini, energetika sahəsində innovativ texnologiyaların tətbiqini, regional sabitlik məsələlərini və rəqəmsal dövrdə mədəni kimliyin qorunmasını müzakirə ediblər.
Forumda gənc nəslin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində və İpək Yolu məkanında yeni humanitar əlaqələrin formalaşdırılmasında oynadığı rola xüsusi diqqət yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]