Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi

Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi

Bakı, 18 oktyabr, AZƏRTAC

İnsan həyatı özü elə statistikadır. Yaranışından etibarən rəqəmlərlə keçir, rəqəmlərdə yaşayır insan ömrü. Bədii dillə desək, bir kitabdır, romandır insan ömrü, həm rəqəmlərlə, həm rəqəmsiz. Bəzən hamı üçün açıq, bəzən yalnız özünə aid. Ömürmü rəqəmlərdən ibarətdir, ya rəqəmlərinmi ömrü var? Birdən elə olur ki, taleyimiz saniyələrdən, dəqiqələrdən asılı olur. “Saat” deyilən zaman ölçüsünün dayanmadan hərəkət edən iki əqrəbi bəzən insanı xoşbəxt, bəzən qəmgin edər... Statistika zamana, vaxta uyğunlaşmaq, həm də zamanla, vaxtla uyğunlaşmaqdır. Statistika keçmişlə bu günü gələcəyə daşıyan vasitədir.

İnsan anadan günü, ayı, ili ilə doğulur, böyüyür. Məktəbə getdiyi, nikaha girdiyi, övladlarının anadan olduğu rəqəmləri həyatının sonrakı dönəmində xatırlayır. Tarixi özündə daşıyan rəqəmlərdir sanki insan ömrü. Bəlkə hesablama maşınıdır insan həyatı, rəqəmlərlə və rəqəmlərdə?

Müəyyən hadisələri təhlil və analiz etmək istəyən və ümumiyyətlə, informasiya axtarışında olan insana müşahidə etmək üçün imkan yaradan yeganə vasitə statistikadır və yaxud başqa sözlə desək, statistik rəqəmlərdir. İnformasiya dəqiq və keyfiyyətli olanda insan üçün qərar vermək, hansısa məsələni həll etmək də asan olur.

Bəs statistika niyə və nəyə görə lazımdır?

Statistikadan ilk dəfə əhalinin siyahıyaalınmasında istifadə olunub

Statistika sosial, demoqrafik, iqtisadi göstəriciləri nəzərdən keçirməyə imkan verən bir vasitədir. Statistika sözü yunan sözündən (“status”) yaranıb və tərcüməsi işin mahiyyəti deməkdir. Statistikanın bir elm kimi inkişafında ingiltərəli alim Vilyam Pettinin (1623-1687) rolu böyükdür. Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini əks etdirən məlumatları özündə əxz edən statistikadan ilk dəfə qədim Çində əhalinin siyahıyaalınmasında istifadə edilib. Sonra qədim Romada hökumətin hərbi potensialının müqayisə edilməsi, əhalinin mülklərinin hesabatı aparılıb. Maraqlıdır ki, cəmiyyətin yaranmasının ilk dövrlərində statistikaya ehtiyac müharibə məqsədləri üçün istifadə edilib. Gini əmsalına görə statistika tam induksiyanın (ayrı-ayrı faktlardan və ya xüsusi təsadüflərdən ümumi nəticələri çıxarmaqla mühakimə yürütmək üsulu) şahıdır.

Müasir dövrdə hadisələrin kəmiyyət və keyfiyyətini öyrənmək baxımından statistika dövlət iqtisadiyyatının inkişafında mühüm rol oynayır, başqa sözlə, statistika dövlət idarəetməsinin bir alətidir, desək, yanılmarıq. Sosial-iqtisadi statistika – makroiqtisadi göstəricilərin struktur və analizini, eləcə də əhalinin əmək və sosial şəraitini, xidmətlərdən istifadəni, sahə statistikası isə ictimai həyatın ayrı-ayrı sahələrini öyrənir. Statistikanın köməyi ilə biz dünyada və ölkədə iqtisadi və siyasi vəziyyətlə, hadisələrin gedişi ilə tanış ola bilirik.

Azərbaycanda statistikanın yaranması XIX əsrə təsadüf edir. Arxiv materialları, "Azərbaycan tarixi" kitablarında rast gəlmək olur ki, tarixçilər hələ əsrin əvvəllərində əhali, sənaye, kənd təsərrüfatı, ticarət, xarici ticarət və s. haqqında çoxsaylı statistik məlumatlardan istifadə ediblər. Belə materiallardan birində Azərbaycanın tərkib hissəsi olan Qarabağda əhalinin siyahıyaalınması haqqında aşağıdakı məlumat verilir: "1812-ci ildə əhalinin siyahıyaalınmasına görə, burada (Qarabağda - red.) 3080 ailə var idi" ("Azərbaycan tarixi", 2-ci cild, səh. 25, Bakı-1964). ADR dövründə 1919-cu ildə Fransada nəşr olunan "Azərbaycan rəqəmlərdə" statistik məcmuəsi də statistika fəaliyyəti sahəsində dəyərli tarixi sənədlərdən sayılır.

Müstəqillik illərində yaranan yeni sosial, iqtisadi və siyasi şərait, eləcə də beynəlxalq münasibətlər digər sahələr kimi statistikanın da yeni müstəvidə inkişafına təkan verdi. Bir sözlə, ölkənin statistika tarixinin yaranmasına zəmin yaratdı. Ötən illər ərzində Dövlət Statistika Komitəsində korporativ şəbəkə sistemi yaradılıb, müasir tələblərə cavab verən veb-səhifə yaradılıb. Dövlət tərəfindən statistika sahəsinə göstərilən diqqət və qayğı 1992-ci ildə “Uçot və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması barədə” xüsusi fərmanda özünü göstərib. 1994-cü ildə isə Azərbaycan statistikasının tarixində xüsusi rol oynayan “Statistika haqqında” Qanun qəbul edilib. O vaxtdan bu günə statistika sahəsində mühüm irəliləyişlər əldə olunub.

Azərbaycanın dünya iqtisadi sisteminə və dünya birliyinə fəal inteqrasiyası ölkəmizdə beynəlxalq standartlara cavab verən rəsmi statistikanın formalaşdırılmasını tələb edir. Beynəlxalq təcrübə göstərir ki, ölkənin dayanıqlı inkişafı naminə vaxtında, daha düzgün və əsaslandırılmış qərarların qəbulu üçün əsas informasiya mənbəyi əhalinin siyahıyaalınmasıdır. BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” burada əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini qarşıya məqsəd qoyur. İqtisadi artım, sosial irəliləyiş və ətraf mühitin dayanıqlılığına əsaslanan inkişaf proqramı Azərbaycanda da uğurla həyata keçirilir. Ölkəmizdə aparılan builki siyahıyaalma da BMT-nin “2020-ci il mərhələsində əhali və mənzil fondunun siyahıyaalınmalarının keçirilməsinə dair Avropa statistikləri konfransının tövsiyələri”ni özündə əks etdirir.

Əsas məqsəd təbii sərvətdən gələn gəlirləri əhalinin rifahının yüksəldilməsinə yönəltməkdir

Siyahıyaalınma nə üçün lazımdır və əsas məqsəd nədir?

“Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyevin sözlərinə görə, əhalinin siyahıyaalınmasında əsas məqsəd təbii sərvətdən gələn gəlirləri vətəndaşların intellektinin inkişafına yönəltməkdir. Dünyanın bir çox ölkələrində əhalinin sayı azaldığı halda, Azərbaycanda əhali artımının davam etdiyini vurğulayan siyasi ekspert deyib: “Ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, uğurlu sosial siyasət davamlı xarakter almaqla demoqrafik inkişafa təkan verir. Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi gücünü artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də davamlı olaraq yaxşılaşması özünü göstərir. Bütün bu amillər isə demoqrafik inkişaf üçün vacib şərtlər sırasındadır”.

Ölkəmizin iqtisadi və sosial inkişafı sahəsində davamlı tərəqqinin əldə edilməsinin əsas fundamental amillərindən biri də son 25 ildə qəbul olunan dövlət strategiyaları və proqramlarının başlıca hədəfinin insan kapitalının inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılmasıdır. Ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu bu siyasət qloballaşan dünyada yeni çağırışlara cavab olaraq Prezident İlham Əliyev tərəfindən zənginləşdirilməklə uğurla həyata keçirilir. Aparılan sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş makroiqtisadi sabitlik fonunda əhalinin sosial rifahının yaxşılaşması ölkəmizdə dayanıqlı inkişafın təmin olunmasına imkan yaratmaqla yanaşı, demoqrafiya və əhalinin məskunlaşması uğurlara yol açır.

Əhalinin siyahıyaalınması ölkənin hər bir vətəndaşının sosial rifahının daha da yaxşılaşdırılmasına təkan verəcək

Əhalinin siyahıyaalınması ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması deməkdir. Siyahıyaalmadan əldə olunan məlumatlardan ölkənin sosial-iqtisadi inkişaf sahəsində siyasətin formalaşdırılması, demoqrafik cərəyanların təhlili, qəbul edilmiş inkişaf strategiyaları və proqramlarının səmərəliliyini qiymətləndirmək üçün istifadə edilir. Bir sözlə, əhalinin siyahıyaalınmasının nəticələri ölkəmizin sosial-iqtisadi həyatının bütün sferalarını əhatə etməklə statistik informasiya sisteminin əsasını təşkil edir. Əhalinin siyahıyaalınması bir tərəfdən mühüm siyasi və sosial-iqtisadi tədbirdir, digər tərəfdən isə gələcək inkişaf strategiyalarının hazırlanması üçün əsas məlumat bazasıdır. Siyahıyaalma məlumatları həm də uzunmüddətli biznes layihələri üçün informasiya bazası rolunu oynayır. Bu baxımdan siyahıyaalmanın nəticələri əmək ehtiyatlarından istifadənin kəmiyyət və keyfiyyət parametrləri, işçi qüvvəsinin xarakteristikaları, o cümlədən əhalinin məşğulluq statusu (muzdlu işçilər, özünüməşğul), işsizliyin səviyyəsi, təhsil sisteminin əmək bazarının tələblərinə uyğunluğu barədə daha ətraflı məlumatlara giriş imkanı verir. Siyahıyaalınmanın əhəmiyyətindən biri də Azərbaycanda ailənin vəziyyətinə dair dolğun məlumatların əldə edilməsi və bunun əsasında ölkədə həyata keçirilən ailə siyasətinin daha da gücləndirilməsinə imkan yaradılmasıdır.

Bu il oktyabrın 1-dən 10-dək həyata keçirilən əhalinin siyahıyaalınması müstəqil Azərbaycan Respublikasının tarixində sayca üçüncüdür (1999, 2009). Dövlət Statistika Komitəsi proses çərçivəsində öz işini ölkə başçısının “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmanından irəli gələn tələblər çərçivəsində qurub. Komitə əhalinin siyahıyaalınmasını uğurla həyata keçirmək üçün hazırlanan geniş tədbirlər planı əsasında fəaliyyət göstərib.

Builki siyahıyaalmada tərtib olunan və ümumilikdə 52 sual yer alan sorğu vərəqələri əvvəlki göstəricilərlə müqayisə aparmağa imkan verib. Proqram əsasında sayıcılar tərəfindən bütün yaşayış yerlərini (müvəqqəti yaşayış yeri də daxil olmaqla) əhatə edən sorğunun köməyi ilə əhalinin faktiki məskunlaşması barədə mühüm məlumatların əldə edilməsinə imkan yaranır. Vətəndaşlara təqdim olunan sorğu vərəqəsində ilk dəfə olaraq əlilliyə aid olan suallar ünvanlanıb ki, bu da sonrakı mərhələdə ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, təhsilinə, məşğulluğuna öz müsbət təsirini göstərəcək. Əhalinin siyahıyaalınması çərçivəsində yaş qrupları üzrə toplanan məlumatlar əlillərin sosial müdafiəsi və onların cəmiyyətə inteqrasiyası ilə bağlı dövlət siyasətinə də təkan verəcək. Bu da təbii ki, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyası çərçivəsində götürülmüş öhdəliklərin milli səviyyədə icrasının daha dolğun statistik qiymətləndirilməsinə imkan yaradacaq. Siyahıyaalmada sorğu anketinə əsasən işçi qüvvəsinin tərkibi və əhalinin məşğulluğu barədə məlumat əldə etmək mümkün olacaq.

Əhalinin siyahıyaalınması prosesində inzibati ərazi vahidləri üzrə siyahıyaalma məntəqələrində alınan məlumatlar müvafiq proqram təminatı əsasında hazırlanmış sistemə daxil edilib. Bu sistemin əsasında əhali uçotunun bütövlüyünə və düzgünlüyünə nəzarət etmək mümkündür. Siyahıyaalmanın uğurla həyata keçirilməsində KİV-lərin apardığı maarifləndirmə işləri də böyük rol oynayıb. İnanırıq ki, əhalinin üçüncü dəfə siyahıyaalınması müstəqil, suveren dövlətimizin inkişafına, iqtisadiyyatımızın gücləndirilməsinə və bütün bunların fonunda ölkənin hər bir vətəndaşının sosial rifahının daha da yaxşılaşdırılmasına təkan verəcək.

Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim olunur.

Səadət Hakıyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH