İQTİSADİYYAT
“Ekol Mühəndislik Xidmətləri” QSC-də payız-qış mövsümünə hazırlıq işləri görülmüşdür
Bakı, 14 noyabr (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) payız-qış mövsümünə hazırlıq işləri görülmüşdür.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, payız-qış mövsümü ilə bağlı müvafiq tədbirlər planı təsdiq edilmiş və icrasına başlanılmışdır. Donmanın və itkilərin qarşısını almaq məqsədilə istehsalat sahələrindəki buxar və su boru xətlərində izolyasiya işləri yerinə yetirilmişdir. QSC-nin tullantıların emalı departamentinin (TED) 5- 8-ci sahələrində 60 siyirtmə izolyasiya edilmiş, 30 siyirtmə isə dəyişdirilmişdir. TED-in 6-cı sahəsindəki Heydər Əliyev adına Bakı neft emalı zavodunun 9-cu sexinin ərazisində ümumilikdə 1200 kvadratmetr dam örtüyü yenisi ilə əvəz olunmuş, inzibati və məişət binalarında cari təmir işləri görülmüşdür.