İQTİSADİYYAT
Əli Əhmədov: Hökumətin əsas məqsədi Azərbaycanda qiymət artımının qarşısını mümkün qədər almaqdır
Bakı, 8 fevral, AZƏRTAC
Hökumətin əsas məqsədi Azərbaycanda qiymət artımının qarşısını mümkün qədər almaqdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.
“Qiymətlərin artmaması üçün hökumət tərəfindən vacib tədbirlər həyata keçirilir. Hökumət çalışır ki, qiymət artımının qarşısını mümkün qədər alsın və bu artım insanların həyat və yaşayış səviyyəsinə ciddi şəkildə təsir etməsin. Qarşımızda duran məqsəd bundan ibarətdir və bu istiqamətdə də geniş proqram hazırlanır”, – deyə Əli Əhmədov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:48]
® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı
- 03.05.2024 [14:51]