MƏDƏNİYYƏT
Əlillərdən ibarət “Mübarizlər” teatrının “Laçına məktub” tamaşası nümayiş olunub
Bakı, 30 noyabr, AZƏRTAC
Sabirabad Regional Mədəniyyət İdarəsinin Sabirabad rayon Mədəniyyət Mərkəzinin Adil İsgəndərov adına Xalq Teatrının nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrının hazırladığı “Laçına məktub” adlı kompozisiya-tamaşası İmişli Regional “ASAN xidmət” mərkəzində nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşa Beynəlxalq Əlillər Günü ilə əlaqədar Sabirabad Regional “ASAN xidmət” və İmişli Regional “ASAN xidmət” mərkəzlərinin könüllülərinin təşəbbüsü ilə reallaşıb.
Vətənpərvərlik mövzusunda olan kompozisiyanın quruluşçu rejissoru Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Seyidməmməd Əliyevdir.
Tamaşanın nümayişindən sonra İmişli Regional “ASAN xidmət” mərkəzinin direktoru Elvin Məmmədov çıxış edərək dövlətimizin əlillərə göstərdiyi qayğıdan danışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:39]
Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub
- 03.05.2024 [18:30]
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
- 03.05.2024 [18:08]
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
- 03.05.2024 [16:46]
Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub
- 03.05.2024 [14:22]