ELM VƏ TƏHSİL
Elm Tarixi İnstitutunun əməkdaşı Sankt-Peterburqda elmi ezamiyyətdə olub
![](/files/galleryphoto/2022/1/1200x630/16458634202412948141_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16458634206447748957_1200x630.jpg)
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski Rusiya Elmlər Akademiyasının S.İ.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialında elmi ezamiyyətdə olub.
Bu barədə AZƏRTAC-a Elm Tarixi İnstitutundan məlumat verilib.
Elvin Talışınski İnstitutun Sankt-Peterburq filialının direktoru sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulova ilə görüşərək fikir mübadiləsi aparıb. İnstitutun elmi kollektivi ilə tanış olan gənc alim, burada aparılan elmi-tədqiqatlarla tanış olub. Elvin Talışınski rəhbərlik etdiyi şöbənin elmşünaslıq sahəsində apardığı tədqiqatlar haqqında geniş məlumat verib. İki elmi-tədqiqat müəssisəsinin müvafiq şöbələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.