DÜNYA
Əlverişsiz hava İtaliyanın mərkəzində və şimal regionlarında fəsadlar törədib
Roma, 18 avqust, AZƏRTAC
İtaliyanın mərkəzində və şimal regionlarında baş verən şiddətli fırtına fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, Lombardiya və Emiliya-Romaniya bölgələrində fırtına can və mal itkisinə səbəb olub. Milan, Florensiya, Livorno, Genuya, La Spezia və digər şəhərlərdə yollar bağlanıb, qatarların hərəkəti dayandırılıb. Bəzi ərazilərdə insanlar mümkün təhlükə səbəbindən təxliyə edilib.
Toskana regionunda isə küləyin sürəti saatda 140 kilometrə çatıb, şiddətli yağış yağıb. Təbii fəlakət nəticəsində iki nəfər həlak olub.
Hazırda mülki-müdafiə qüvvələri fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]