ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunun “Elmi əsərlər” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Elmi əsərlər” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, jurnalda “Ədəbiyyatşünaslıq” və “Elmi tədqiqatların informasiya təminatı” bölmələri üzrə məqalələr, institutda keçirilən mühüm tədbirlər, əldə edilən nailiyyətlər, eləcə də nəşr olunan kitablar haqqında məlumatlar yer alır.
Jurnalda mətnşünaslıq, mənbəşünaslıq və folklorşünaslıq üzrə “Qurbani” dastanı və onun variantları, “Tariximiz böyük ədibin araşdırmalarında”, “İqdam” qəzetinin nəşri tarixi və strukturunun təhlili”, kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiyaşünaslıq üzrə “Kitabxanaların fəaliyyətində müxtəlif istiqamətli innovasiyaların tətbiqi”, “Milli biblioqrafiyanın yaradılması tarixindən: elmi-nəzəri araşdırma” və digər sərlövhəli araşdırmalar dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:26]
“Şumerlərin izi ilə” - elmi seminar
- 30.04.2024 [18:11]
BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub
- 30.04.2024 [18:08]
ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib
- 30.04.2024 [17:29]
İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib
- 30.04.2024 [17:21]
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
- 30.04.2024 [17:14]