ELM VƏ TƏHSİL
Əqli Mülkiyyət Agentliyində təlim davam edir
![](/files/galleryphoto/2023/2/1200x630/1684930967777261922_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16849309675743435713_1200x630.jpg)
Bakı, 24 may, AZƏRTAC
Əqli Mülkiyyət üzrə Milli Təlim Mərkəzi tərəfindən “Əqli mülkiyyət hüququna giriş” mövzusunda təşkil olunan təlim davam edir.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, agentliyin və tabeliyində olan qurumların əməkdaşlarının iştirak etdiyi təlimin növbəti mərhələsində sənaye mülkiyyəti üzrə aşağıda qeyd olunan mövzularda mühazirələr dinlənilib:
-İxtiranın və faydalı modelin patent qabiliyyəti şərtləri;
-İxtira və faydalı model obyektlərinə dair patent almaq üçün iddia sənədinin verilməsi qaydaları;
- İxtira və faydalı modelin ekspertizasının aparılması və qərar verilməsi. İxtira və faydalı modelin ilkinliyi;
- Sənaye nümunəsinin patent qabiliyyəti şərtləri. Sənaye nümunəsinin obyektlərinə dair patent almaq üçün iddia sənədinin verilməsi qaydaları;
- Sənaye nümunəsinin ekspertizasının aparılması və qərar verilməsi. Sənaye nümunəsinin ilkinliyi;
- Patentin qüvvədə olunması, etibarsız sayılması, ötürülmüş müddətin bərpası;
-İxtira, faydalı model və sənaye nümunəsinin xarici dövlətlərdə patentləşdirilməsi.
Dərslər Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira, faydalı model və sənaye nümunələrinin ekspertizası şöbəsinin müdir müavini, Fizika sektorunun müdiri Sevinc Zeynalova tərəfindən keçirilib.