Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Erkan Özoral: Diplomatik missiyam ərzində Türkiyə üçün olduğu qədər Azərbaycan üçün də çalışacağam

Erkan Özoral: Diplomatik missiyam ərzində Türkiyə üçün olduğu qədər Azərbaycan üçün də çalışacağam

Bakı, 24 oktyabr, Elvin Mövsümov, AZƏRTAC 

Türkiyənin Azərbaycanda yeni təyin olunan səfiri Erkan Özoral AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab səfir, Azərbaycana xoş gəlmisiniz. Yeni təyinatınız münasibətilə Sizi ürəkdən təbrik edir, diplomatik fəaliyyətinizdə uğurlar diləyirik.

Hər zaman bir-birinin yanında olan qardaş Azərbaycanın və Türkiyənin qarşılıqlı əlaqələri hazırda çox yüksək səviyyədədir. Ölkəmizə yeni təyin olunan səfir kimi, bununla bağlı nə deyə bilərsiniz?

- Sizin də qeyd etdiyiniz kimi, əlaqələrimiz yüksək səviyyədədir. Xüsusən dövlətlərarası münasibətlərdə Türkiyə-Azərbaycan əlaqələrinin və qardaşlığının başqa bir örnəyi yoxdur. Münasibətlərin bu səviyyəsinə görə ortaq tariximizin köklü mirası üzərində möhtərəm prezidentlərimizin qurduğu möhkəm dostluğa və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığımıza borcluyuq. Müasir dövrdə Azərbaycan və Türkiyə bütün sahələrdə bir-birinə dəstək olan ən yaxın strateji müttəfiqdir.

Tarix boyunca həm kədərli, həm də sevincli günlərdə bir olan millətimizin qəlbinin eyni ahənglə döyündüyünü görürük. Azərbaycanın 1918-ci ildə azadlıq mübarizəsinə yardım etmək üçün gəlmiş Qafqaz İslam Ordusu, Çanaqqala savaşında azərbaycanlı qardaşlarımızın verdiyi dəstək, ulu öndər Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyev başda olmaqla, hər iki ölkə rəhbərlərinin münasibətlərimizə verdikləri yüksək önəm ortaq keçmişimizin yada düşən ilk səhifələridir. Bu sıraya, həmçinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının, azərbaycanlı qardaşlarımıza qarşı törədilən insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Türkiyənin göstərdiyi cəhdləri də əlavə etmək olar. Tarix boyu müşahidə edilən bu həmrəyliyin ən müasir nümunəsi isə başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqının Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinə qarşı verdiyi dəstəkdir.

Düşünürəm ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq bağları heç vaxt sarsılmayacaq. Çünki bu bağlar mənbəyini və gücünü tarixdən, ən əsası isə iki ölkənin qəlbindən alır. Məhz buna görə də bir türk diplomatı üçün Azərbaycanda Türkiyənin səfiri olaraq xidmət etmək çox böyük şərəfdir. Bu şərəfə layiq olmağa, xalqlarımızın keçmişdə və bu gün olduğu kimi, gələcəkdə də əl-ələ verərək, gündən-günə daha da güclənərək hərəkət etməsi üçün bacardığım qədər fayda verməyə çalışacağam.

Fürsətdən istifadə edərək, müstəqilliyinin bərpasının 25-ci ildönümünü münasibətilə Azərbaycan xalqını sonsuz məmnunluq və sevinc hisləri ilə təbrik edirəm.

- Cənab səfir, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında, xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin daha da güclənməsində diplomatların da mühüm rolu var. Bu baxımdan Sizin diplomatik fəaliyyətinizdə prioritet istiqamətlər hansılar olacaq?

- Dostluq və qardaşlığımızın daha da güclənərək davam etməsi üçün bizim üzərimizə düşən əsas vəzifə onsuz da yüksək səviyyədə olan əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişafına fayda verməkdir. Ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, təhsil və humanitar sahələr də daxil olmaqla, demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələr qurulub. Hörmətli prezidentlərimiz və digər yüksək səviyyəli dövlət adamları müntəzəm görüşlər keçirirlər. Əlbəttə, bu görüşlər qarşıdakı dövrdə də davam edəcək.

Ölkələrimiz üçün də, regionumuz üçün də sabitlik və rifah mənbəyi olan TANAP və Bakı-Tbilisi-Qars kimi böyük enerji və nəqliyyat layihələrinin başa çatdırılması üçün var gücümüzlə çalışacağıq. Eyni qaydada regionda əməkdaşlığa istiqamətlənən, Azərbaycanın və Türkiyənin daxil olduğu üçtərəfli əməkdaşlıq mexanizmlərini inkişaf etdirərək və gücləndirərək bizə verilən tapşırıqlar əsasında fəaliyyət göstərəcəyik.

Zənnimcə, hazırda dünyada yaşanan iqtisadi böhran dövrün ölkələrimiz üçün bəzi imkanlar da yaradır. Azərbaycan hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün uğurlu iqtisadi islahatlar həyata keçirməkdədir. Bu prosesdə Türkiyənin və türk şirkətlərinin oynaya biləcəyi rolu artırmaq iqtisadi sahədə diplomatik fəaliyyətlərimiz sırasında mühüm yer tutacaq.

Bundan başqa, səfirlik olaraq bir-birimizin mədəniyyətini və incəsənətini daha yaxşı öyrənməyi və təbliğ etməyi nəzərdə tutan müxtəlif layihələri həyata keçirməyi planlaşdırırıq.

- Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin mövcud potensialı əks etdirmədiyini və daha da artırılmasının vacibliyini dəfələrlə vurğulayıblar. Sizcə, qarşılıqlı ticarətin artırılması üçün perspektivli sahələr hansılardır və bu istiqamətdə nə kimi addımlar atılmalıdır?

- Neftin qiymətinin aşağı düşməsi nəticəsində 2015-ci ildə ticarət dövriyyəmizin həcmi müəyyən qədər azalsa da, hesab edirəm ki, bu, müvəqqəti haldır. Qarşıya 2020-ci ilədək 15 milyard dollarlıq ticarət dövriyyəsi səviyyəsinə çatmaq hədəfi qoyulub. Bununla yanaşı, strateji əməkdaşlığımıza xidmət edən qarşılıqlı investisiyaların müsbət nəticələr verdiyini görürük. Bir neçə konkret fakt göstərmək istərdim. Türk şirkətlərinin Azərbaycandakı sərmayələrinin məbləği 9 milyard dollara çatıb. Əsasən telekommunikasiya, bank-sığorta, nəqliyyat, tekstil, mebel, inşaat materialları sahələrində fəaliyyət göstərən 2665 şirkətimiz 25 mindən çox insana iş imkanı təqdim edir. Podratçı firmalarımız Azərbaycanda 2003-cü ildən indiyədək 11 milyard dollar dəyərində 347 layihə həyata keçirib. Azərbaycanın Türkiyədəki sərmayələri isə 4 milyard dolları ötüb. İzmirdə inşası davam edən “Star” neft emalı zavoduna 5,5 milyard dollar investisiya qoymağı planlaşdıran SOCAR-ın enerji və infrastruktur investisiyalarının ümumi məbləğinin 17-20 milyard dollara çatması gözlənilir.

Qarşıdakı dövrdə isə qlobal reallıqları nəzərə alaraq, Azərbaycanın şaxələndirilmiş potensialını daha da inkişaf etdirəcək, yeni iqtisadi mühitdə iş adamlarımızın marağını və sərmayələrin cazibəsini artıracaq birgə imkanlardan istifadə olunmasını araşdıracağıq.

Azərbaycan tarixən “İpək yolu”, yəni Şərqdən Qərbə doğru uzanan nəqliyyat marşrutu üzərində bir keçid qapısı rolunu oynayıb. Bu gün Azərbaycan Xəzər hövzəsində logistika mərkəzinə çevrilmək baxımından geostrateji mövqeyinə görə diqqət çəkən ölkədir. Həmin potensialın iş adamlarımız tərəfindən birgə istehsal müəssisələrinin qurularaq dəyərləndiriləcəyi təqdirdə, ikitərəfli ticarətlə yanaşı, üçüncü ölkə bazarlarına da çıxmaq baxımından mühüm imkanlar əldə olunacaq. Beləliklə, şirkətlərimizin Azərbaycanda birgə istehsala istiqamətlənməsi bu baxımdan xüsusi diqqət yetirdiyimiz mühüm məsələdir. Artıq yüksək səviyyədə olan enerji əməkdaşlığı ilə yanaşı, kənd təsərrüfatı, səhiyyə, müdafiə sənayesi sahələrində əməkdaşlıq üçün də mühüm potensial var. Türkiyə özəl sektorunun bu sahələrdə malik olduğu təcrübənin Azərbaycanın potensialı ilə birləşdirilməsini təmin edəcək layihələrə üstünlük verməyi nəzərdə tuturuq.

- Hazırda ölkələrimizin yerləşdiyi regionda qanlı münaqişələr, ciddi geosiyasi hadisələr baş verir. Türkiyənin yaxın sərhədlərində yaşanan bu hadisələr qardaş ölkənin ciddi narahatlığına səbəb olmaqla yanaşı, Azərbaycanda da həyəcanla izlənilir. Hazırda bölgədə cərəyan edən proseslər, eləcə də Türkiyənin strateji hədəfləri, gördüyü tədbirlər barədə nə deyə bilərsiniz?

- Qeyd etdiyiniz kimi, beynəlxalq ictimaiyyətin ondan gözlənilən addımları vaxtında atmaması səbəbindən bölgəmizdə, xüsusən ağır yükünü Türkiyənin çəkdiyi ciddi humanitar böhrana gətirib çıxaran geosiyasi proseslər yaşanmaqdadır. Bu proseslər başda Türkiyənin təhlükəsizliyi olmaqla, bütün regionu təhdid edir. Türkiyə qonşularının ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıb. Ancaq qonşularımızın torpaqlarından Türkiyəni hədəfə alan təhdidlərin qarşısını kəsmək bizim beynəlxalq hüquqa əsaslanan təbii haqqımızdır. Bu gün Suriyada İŞİD ilə mübarizədə Türkiyə mühüm addımlar atır. Türk Silahlı Qüvvələrinin Azad Suriya Ordusuna verdiyi dəstək sayəsində bir çox ərazilər terrorçulardan geri alınıb.

Həmin bölgənin yerli əhalisi olan suriyalı qardaşlarımız azad edilən və təhlükəsizliyin təmin olunduğu ərazilərə geri qayıdırlar. İŞİD terror təşkilatı ilə mübarizədə PKK, PYD kimi digər terror təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi Türkiyə tərəfindən müsbət qarşılana bilməz. Terrorçunun yaxşısı-pisi olmaz və terrorla beynəlxalq mübarizənin uğur qazanması üçün bu cür ikili standartlara yol verilməməlidir. Bu, Türkiyənin haqlı gözləntisidir. İraqda İŞİD ilə mübarizədə biz üzərimizə düşəni edəcəyik. Hörmətli Prezidentimizin dediyi kimi, həm masada, həm də meydanda yer alaraq İraqın sabitliyi və əmin-amanlığı üçün səy göstərəcəyik. Bu, Türkiyənin beynəlxalq müqavilələrdə təsbit edilən hüququ və tarixi məsuliyyətidir. Mosulda etnik gərginliyi artırmağa yönələn addımlar bütün bölgəni xaosa sürükləyə bilər. Bunun kimin xeyrinə olacağına xüsusilə diqqət yetirmək lazımdır.

Digər tərəfdən, bölgədə sülh və sabitliyə təhlükə yaradan digər problem isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Türkiyə bu problemin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında ədalətli həlli üçün atılan addımları dəstəkləməkdə və Azərbaycanın yanında yer almaqdadır.

- Qardaş Türkiyə FETÖ-nün dövlət çevrilişi cəhdinin qarşısının alınmasından sonra yeni mərhələyə qədəm qoyub. Ölkənizdə bu terror təşkilatının üzvlərinin müəyyən edilib ədalət mühakiməsinə cəlb olunması istiqamətində qətiyyətli tədbirlər davam etdirilir. Eyni zamanda, PKK separatçı terror təşkilatına qarşı da sərt mübarizə aparılır. Bununla bağlı mövcud durum barədə məlumat verə bilərsinizmi? Türkiyənin sabitliyinə daxildən hansısa təhlükə gözlənilirmi?

- İnsanların dini inanclarından sui-istifadə edərək, ianə, təhsil və ticari fəaliyyət adı altında hər cür cinayət törədən və dövləti ələ keçirməyə çalışan FETÖ terror təşkilatının cinayətlərinin ən ağırı 241 şəhid verdiyimiz, Türkiyə Böyük Millət Məclisinin və Prezident Sarayının bombalandığı 15 iyul dövlət çevrilişi cəhdidir. Sizin də dediyiniz kimi, hazırda FETÖ başda olmaqla, terror təşkilatlarına qarşı genişmiqyaslı təmizləmə əməliyyatları davam etdirilir. Bu əməliyyatlar hüquq çərçivəsində polis qüvvələri və müstəqil məhkəmə orqanları tərəfindən qətiyyətlə həyata keçirilir. Son dərəcə çətin və gərgin proses olan bu təmizləmə əməliyyatı məsələsində xoşniyyətli olmayan və ya FETÖ təbliğatının təsiri altına düşən bəzi qüvvələrin haqsız tənqidlərinə qarşı beynəlxalq platformalarda Azərbaycanı yanımızda görmək bizim üçün çox dəyərlidir. Bilirsiniz ki, bunun son örnəyini Avropa Şurası Parlament Assambleyasında yaşadıq.

Təəssüf ki, ölkəmizdəki terror təşkilatlarının hamısı eyni məkrli niyyət güdür. Onlar Türkiyəni zəiflətməklə regiondakı bəzi planların həyata keçirmək istəyirlər. Yumruq kimi bir olan millətimizin qəhrəmanlığını və gücünü yaxşı hesablaya bilməyənlər 15 iyulda acınacaqlı məğlubiyyətə uğradılar. Lakin bu o demək deyil ki, 15 iyuldan sonra həmin planlar tam aradan qalxıb. Buna görə də biz hər zaman ehtiyatla davranmalı, güclü olmalıyıq.

- Cənab səfir, ətraflı müsahibəyə görə təşəkkür edirəm və Sizə gələcək fəaliyyətinizdə bir daha uğurlar arzulayıram.

- Mən də sizə təşəkkür edirəm. Diplomatik xidmətim müddətində Türkiyə üçün olduğu qədər Azərbaycan üçün də çalışacağam. Çünki Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür.

Elvin Mövsümov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri məlum olub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

III Bakı Piano Festivalı Braziliya sambası konserti ilə başa çatıb

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin üzvləri Özbəkistana səfər ediblər

Azərbaycanın energetika naziri İtaliyaya səfər edib

Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub

Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Azərbaycan cüdoçuları VIII "Asiya Uşaqları" Oyunlarında 4 medal qazanıblar

Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb

Bakının Nizami rayonunda hərbi sursat aşkar edilib VİDEO

Bakı Ali Neft Məktəbinin ikinci komandası da 100 min dollar investisiya qazanıb

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq

"Asiya uşaqları" Oyunlarının qızıl mükafatçısı: Qızıl medal qazanacağıma əmin idim

İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür

Həyat risklərimizə sığorta sipəri: təminatlar və şərtlər

Bərdədə keçmiş məhkumdan 4 kiloqramdan çox narkotik vasitə aşkar edilib

İmişlidə müxtəlif növ silah-sursat tapılıb

4SİM-in nümayəndəsi: SABAH.HUB-la ölkədə süni intellekt sahəsində layihənin həyata keçirilməsi nəzərdə tutulub

Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb

DİM: Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

 “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilir

Bu gün abituriyentlər Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı verirlər

“Fiqaronun toyu” tamaşası 84 ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə çıxıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub