Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan böhranla üz-üzə: tənəzzülün ilk əlamətləri

Ermənistan böhranla üz-üzə: tənəzzülün ilk əlamətləri

2015-ci ilin İrəvan üçün ağır il olacağı proqnozlaşdırılır. Ölkə iqtisadiyyatında inkişaf müşahidə edilmir. Rusiya rublunun dəyərsizləşməsi bu vəziyyəti daha da mürəkkəbləşdirib. Əvvəllər xaricdən külli miqdarda yardım alan Ermənistanın bu ildən ondan məhrum olacağı bildirilir. Bu isə əhalinin maddi vəziyyətinə ciddi təsir göstərəcək. Digər tərəfdən, daxili imkanların məhdudluğu əlavə inkişaf mənbələrini axtarıb tapmağa imkan vermir. Faktiki olaraq, bütün iqtisadi sistem kənar amillərdən asılı vəziyyətdədir. Rəsmi İrəvanın yeritdiyi qeyri-konstruktiv xarici siyasət onun regional əməkdaşlıq layihələrində iştirakını imkansız edir. Bu istiqamətdə Ermənistan rəhbərliyinin hansısa dəyişiklik etmək istəyi də hiss olunmur. Onun hərəkətsizliyi ölkəni tam tənəzzülə aparıb çıxara bilər.

Yeni il: çətinliklərin başlanğıcı

Ekspertlər 2015-ci ilin Ermənistan üçün xeyli mürəkkəb olacağını proqnozlaşdırırlar. Onların arqumentləri iqtisadi sahə ilə yanaşı, geosiyasi aspekti də əhatə edir. Məsələnin maraqlı tərəfi də məhz bundadır. Çünki müstəqillik əldə etdikdən sonra Ermənistanın iqtisadi vəziyyəti həmişə ağır olub. Bu dəfə İrəvan özünün yanlış xarici siyasəti və geosiyasi seçiminin əvəzini ödəməli olacaq.

Problemlərin yanvar ayından dərinləşəcəyi bildirilir. Burada Rusiya rublunun dəyərini itirməsi və neftin qiymətinin sürətlə aşağı düşməsi kimi iki amil göstərilir. Mütəxəssislər hər il Ermənistana kənardan 2 milyard ABŞ dolları həcmində pul vəsaiti göndərildiyini söyləyirlər. Onun 90 faizi Rusiyadan gəlirdi. İndi bu imkan yoxdur (bax: Проблемы еще впереди, и они проявятся уже в январе / Lragir.am, 30 dekabr 2014).

Bundan başqa, artıq Ermənistandan Rusiyaya ixracat 7 faiz azalıb. Səbəb bundadır ki, Moskvanın özü daha çox ixracatda maraqlıdır. Onun daxili bazarında dinamika xeyli aşağı düşüb. Maraqlıdır ki, Qazaxıstanın biznes dairələri Prezident Nursultan Nazarbayevə müraciət edərək, Avrasiya İqtisadi İttifaqı çərçivəsində imzalanmış sazişi müvəqqəti məhdudlaşdırmağı təklif ediblər. Onlar başqa ölkələrlə ikitərəfli qaydada geniş əməkdaşlıq etmək arzusundadırlar.

Ermənistanda vəziyyət Qazaxıstandan dəfələrlə pisdir. Hətta ölkə iqtisadiyyatında bu il artımın heç 2 faiz təşkil etməyəcəyi bildirilir. Digər tərəfdən, İrəvanın başqa ölkələrlə iqtisadi əlaqələri çox zəifdir. Doğrudur, ona başda ABŞ olmaqla Qərb yardımlar edir. Lakin indiki şəraitdə bu yolla iqtisadiyyatı dəstəkləmək mümkün deyil. Burada Ermənistanın Avropa İttifaqına assosiativ üzvlükdən imtina etməsi faktorunu da nəzərə almaq lazımdır. Brüssel çətin ki, bu addımı İrəvana bağışlasın.

Əslində, Qərbin özünün də sosial-iqtisadi vəziyyəti elə də ümidverici deyil. Yaxın illərdə orada müşahidə edilən böhranın davam edəcəyi gözlənilir. Enerji sferasında baş verən və risklərlə xarakterizə olunan proseslər əlavə çətinliklər yaradır.

İranın Ermənistana əvvəlki səviyyədə arxa duracağına da ümid azdır. Həm Tehranın özü təcrid vəziyyətindən çıxmalıdır, həm də qlobal miqyasda müşahidə edilən qeyri-sabitlik İran rəhbərliyini ehtiyatlı davranmağa məcbur edir. Təsadüfi deyil ki, erməni ekspertlər İrəvanın İran-Ermənistan-Gürcüstan-Rusiya dəmir yolu xəttinin çəkilməsi ilə bağlı ümidlərini absurd adlandırırlar. Çünki bu layihə ən tezi 5 ilə reallaşa bilər. Eyni zamanda, onun qəti olaraq həyata keçəcəyi də məlum deyil - regionda və dünyada cərəyan edən geosiyasi proseslərin məntiqi bu aspektdə ehtiyatlı davranmağa sövq edir.

Bunlardan əlavə, artıq Moskvanın rəsmi İrəvanı Qərblə “soyuq savaşa” təhrik etdiyi də bildirilir. Kreml iqtisadiyyatda yaranmış çətin vəziyyətə görə, Ermənistanın Avropaya reverans edə biləcəyindən ehtiyatlanır. İndi bir sıra ekspertlər hətta Avrasiya İqtisadi İttifaqının iflasa uğrayacağından yazırlar (bax: məs., Игорь Мурадян. Что ожидается в 2015 году / Lragir.am, 31 dekabr 2014).

Səhvlərin əvəzi: yanlış geosiyasi manevrlər və təcrid

Bu səbəblərdən Kremlin İrəvanı təsir altında saxlamaq istəyi normal qarşılanmalıdır. Burada Cənubi Qafqazın həssas geosiyasi məkan olmasını da nəzərə almaq lazımdır. Moskvanın fəallığına Gürcüstanın tamamilə nəzarətdən çıxması ehtimalının olması da təsir edə bilər.

Bunlara görə, Moskva İrəvanla Brüsselin yuxarıda vurğuladığımız iqtisadi sahə ilə yanaşı, geosiyasi aspektdə də ortaq dil tapmasına daim maneələr yarada bilər. “Soyuq savaş” həmin kontekstdə əlverişli üsullardan biri hesab olunur. Artıq Vladimir Putin Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin vahid müdafiə mərkəzinin yaradıldığını bəyan edib. Eyni zamanda, təşkilata üzv olan ölkələrin ərazisindən Avropa istehsalı olan malların tranzitinə qadağalar qoyulub. Bu iki tədbir həmin dövlətləri Avropadan təcrid etməyə istiqamətlənmiş addımdır.

Bu şərtlər daxilində Ermənistanın hansı çıxış yolu qalır? Real olaraq heç bir xilas imkanı görünmür. Üstəlik, İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqe də onun vəziyyətini xeyli mürəkkəbləşdirir. Məlumdur ki, Azərbaycan bu problemi həll edilməyincə Ermənistanla hər hansı əlaqəni istisna edir. Regionda sosial-iqtisadi inkişafa imkan yaradan bütün beynəlxalq layihələr isə Azərbaycansız həyata keçmir. Belə çıxır ki, Ermənistanın regional miqyasda təcrid olunması bütövlükdə onun mövcudluğuna təhlükə yaradır. Rusiyada daxili iqtisadi vəziyyətin ağırlaşması bu kontekstdə İrəvanın əl-qolunu daha çox bağlayır.

Belə şəraitdə İrəvan Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsinə ümid edə bilərmi? Əslində, bu, Ermənistan rəhbərliyinin çoxdankı arzusudur. Ancaq Bakı ilə Moskva daim əməkdaşlığa can atdıqlarını bəyan edir və bunu reallıqda sübut edirlər. İndiki halda isə iki dövlət arasında əlaqələrin zəifləməsi ehtimalı yoxdur. Çünki Rusiya bilir ki, Azərbaycan müstəqil xarici siyasət yeridir və verdiyi sözlərə daim əməl edir. Bu səbəbdən Bakı ilə əməkdaşlığı genişləndirmək Kremlə olduqca sərfəlidir.

Göründüyü kimi, Ermənistan Rusiya vasitəsilə Azərbaycana təsir etmək imkanından da məhrum olub. Ona görə də regional layihələrdə İrəvanın iştirakı mümkün deyil. Artıq erməni biznesmenlər bu gerçəkliyi tam qəbul edərək başqa yollara əl atırlar. Məsələn, onlar Gürcüstan vasitəsilə Avropaya çıxış üçün əlavə şəraitin yaradılmasında maraqlıdırlar. Eyni zamanda, ölkə daxilində az da olsa, qazanc əldə etməyə çalışırlar. Belə üsullarla bütövlükdə iqtisadi sistemi inkişaf etdirmək mümkün deyil. Ekspertlər hesab edirlər ki, yaranmış vəziyyətdə erməni dramı dəyərsizləşəcək. Bu prosesin elə yanvar ayından başlayacağı vurğulanır. Onu deyək ki, Azərbaycan manatına nisbətdə dram xeyli dəyərdən düşüb. Onun dollar qarşısında da dəyərsizləşməsi bir həqiqətdir.

Bu proseslərin fonunda bir sıra erməni ekspertlər hesab edirlər ki, İrəvan NATO və Avropa İttifaqına üz tuta bilər. Onlar ümid edirlər ki, Avrasiya məkanında Rusiyanın təsir gücü azalacaq və onun yaratdığı inteqrasiya modelləri dağılacaq. Bu səbəbdən də Ermənistan indidən Qərbə üz tutmalıdır. Bu, sırf erməni xislətidir. Çünki hələlik Avrasiya İqtisadi İttifaqının taleyi məlum deyil. Digər tərəfdən, Ermənistan bu təşkilata rəsmi olaraq qısa müddətdir üzv olub. İndi əvvəllər sədaqət nümayiş etdirdiyi Rusiyaya arxa çevirib, Avropaya tərəf addım atmalıdır?

Əslində, həqiqətən də Ermənistanın dövlət olaraq çıxılmaz vəziyyətə düşdüyü bir faktdır. Bir-birinin ardınca atılan yanlış addımlar onu daxili və xarici ziddiyyətlər müstəvisinə atıb. Bu ziddiyyətlərdən çıxış yolunu isə İrəvan tapa bilmir.

Belə vəziyyət bütövlükdə regionda qeyri-müəyyənliyi artırır. Rəsmi Tbilisi bunu dərk edərək İrəvana müəyyən ümidlər verməyə çalışır. O cümlədən Avropa mallarının Gürcüstan vasitəsilə Ermənistan bazarına çıxarılması yolları müzakirə olunur. Məsələ ondan ibarətdir ki, Avrasiya İqtisadi İttifaqına üzvlük nəticəsində 700 adda məhsula vergi arta bilər. Rusiyada müşahidə edilən iqtisadi çətinlik uzun çəksə, bu, erməni əhalisi üçün ciddi zərbə olacaq. Rəsmi İrəvan bunu kompensasiya edəcək yollar arayır.

Ermənistanın görəcəyi tədbirlər müsbət nəticə verəcəkmi? İnanmaq çətindir. Çünki hazırkı şərtlər daxilində İrəvanın şansları yox dərəcəsindədir. O, bütövlükdə müstəqil dövlət qurmaq kursunu yanlış seçib. Başqalarını ittiham etməyə köklənmiş dövlətçiliyin sonu iflasdır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib