DÜNYA
Ermənistan müxalifəti İrəvanda etiraz yürüşünə başlayıb
Bakı, 6 may, AZƏRTAC
İrəvanda bir qrup etirazçı Fransa meydanından Qələbə parkına doğru yürüşə başlayıb. Yürüşün sonrakı marşrutu barədə konspirasiya məqsədilə məlumat verilmir.
AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, yürüşdə minə yaxın insan iştirak edir. Polis yürüşü müşayiət etsə də, etirazçılara mane olmur.
Bir müddət öncə parlamentin müxalif “Ermənistan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan etirazçıların cümə günü dörd böyük qrupla itaətsizlik nümayişi keçirərək paytaxtı iflic vəziyyətinə salmağa hazırlaşdığını bildirib.
Qeyd edək ki, aprelin 25-dən etibarən Ermənistanda müxalifətin miqyaslı etiraz aksiyaları keçirir. Etirazçılar hakimiyyətin apardığı siyasətin dövlətçiliyin itirilməsi ilə nəticələnə biləcəyindən narahatdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]