SİYASƏT
ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ ATƏŞƏ TUTMAQDA DAVAM EDİR
Bakı, 21 oktyabr (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-də saat 6.45-dən 6.58-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, saat 14.30-dan 14.45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 21.05-dən 21.40-dək, 22.10-dan 22.35-dək, oktyabrın 21-də saat 1.10-dan 1.48-dək və 1.50-dən 2.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Qorqan və Aşağı Əbdürəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:54]
Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar
- 03.05.2024 [17:40]
Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub
- 03.05.2024 [16:38]