“Expressbank”ın rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
“Expressbank”ın rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Fəxri xiyabanda onun məzarını ziyarət edib.
Bu barədə AZƏRTAC-a bankdan məlumat verilib. Bankın Müşahidə Şurası və İdarə Heyətinin iştirakı ilə baş tutan ziyarət zamanı Ulu Öndərin məzarı önünə əklil qoyulub və qızılgüllər düzülüb. Bank rəsmiləri dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib, onun əvəzsiz xidmətlərini minnətdarlıqla xatırlayıblar.
Heydər Əliyev ideyalarının yaşadılması, onun dövlətçilik irsinə sadiqlik və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində “Expressbank”ın fəaliyyətində davamlı yer alan addımlar təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə olan məsuliyyətin ifadəsi kimi qiymətləndirilir.