ELM VƏ TƏHSİL
Fəlsəfə fənni üzrə doktorluq imtahanlarında 140-dək doktorant və dissertant iştirak edib
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrinin doktorant və dissertantlarının fəlsəfə fənni üzrə doktorluq imtahanları keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iki gün davam edən imtahanlarda 140-dək doktorant və dissertant iştirak edib.
İmtahanlar AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 2016-cı il 10 noyabr tarixli “Qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində akademiya üzrə mərkəzləşdirilmiş qaydada, test üsulu əsasında təşkil edilib. Şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesinə videomüşahidə sistemi vasitəsilə nəzarət olunub.