ELM VƏ TƏHSİL
Fənn olimpiadalarının yekun turu keçiriləcəkdir
Bakı, 19 fevral (AZƏRTAC). Təhsil Nazirliyində fənn olimpiadalarının yekun turunun keçirilməsi ilə bağlı əmr imzalanmışdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, əmrə əsasən, fənn olimpiadalarının yekun turu martın 17-18-də Bakıda keçiriləcəkdir.
Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə yekun tur S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında, riyaziyyat və fizika fənləri üzrə tur fizika-riyaziyyat və informatika təmayüllü liseydə, kimya və biologiya fənləri üzrə tur isə kimya-biologiya təmayüllü liseydə təşkil olunacaqdır.
Olimpiadaların informatika fənni üzrə yekun turu martın 18-də Bakı Dövlət Universitetində keçiriləcəkdir.
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.