CƏMİYYƏT
FHN-in Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 512 nəfərə tibbi xidmət göstərilib VİDEO
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraşda fəaliyyət göstərir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hospitallarda ötən günlər ərzində 512 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:38]
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
- 03.05.2024 [17:12]
Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar
- 03.05.2024 [16:47]
Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat
- 03.05.2024 [16:38]