CƏMİYYƏT
FHN: Ötən sutka 56 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
![FHN: Ötən sutka 56 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib](/files/2022/1/1200x630/16456173301989646873_1200x630.jpg)
Bakı, 23 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka 53 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 yol-nəqliyyat hadisəsi ilə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ötən sutka FHN-in qüvvələri tərəfindən iki nəfər xilas edilib. Yanğın zamanı 20 sakin təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin paytaxtın Qaradağ rayonunda “DAF” markalı yük və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış 1983-cü il təvəllüdlü Nəsirov Nicat Fəxrəddin oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.